Eşitdiyinizdə təəccüblənəcəyiniz qida hiylələri...
Alınan bir çox qida məhsulları sağlamlığımıza ziyandır və bizdə cavabını tapa bilməyəcəyimiz sullar yaradır. Məsələn, tərkibində qatqı maddəsi və ya qida boyası varmı? Necə hazırlanır? Qəbul etmək üçün nə dərəcədə etibarlıdır?
Həqiqət isə budur ki, istehsalçılar məhsula qənaət etmək və qidalara parlaqlıq vermək üçün qida boyası və mumlama üsulundan istifadə edirlər.
TurpKimi.com sizə qidaların tərkibinə qatılan maddələrin necə müəyyən edilməsini təqdim edir:
1 – Süddəki yuyucu tozu...
Südün içinə qatılan yuyucu maddə südün rəngini daha da ağardır, qatılaşdıraraq köpüklənməsini artırır. Bunu müəyyən etmək üçün 5-10 ml-lik südü eyni miqdarda suyla qatıb çalxalamaqdır. Əgər tərkibində yuyucu maddə varsa, çoxlu köpük yaranacaq.
2 – Bala əlavə edilən şəkər...
Bal ən dəyərli və sağlamlıq cəhətdən çox faydalı qidadır. Lakin bəzi istahsalçılar balın içinə şəkər qataraq hiyləyə əl atırlar. Bunu müəyyən etmək üçün 1 stəkan suyun içinə bir qədər bal əlavə edin. Təmiz bal suda dağılmayacaq. Yox, əgər dağılırsa, bu, balın içində şəkər var deməkdir.
3 – Qəhvəyə əlavə edilən gil...
İstehsalçılar qəhvəyə qənaət etmək üçün içinə gil əlavə edirlər. Gil qəhvəyə dolğunluq verir və insan sağlamlığı üçün çox zərərlidir. Bunu müəyyən etmək üçün 1 stəkan suya yarım çay qaşığı qəhvə əlavə edin və qarışdırıb 5 dəqiqə gözləyin. Bir müddətdən sonra təmiz qəhvə suyun üzərinə çıxacaq. Stəkanın dibində qalanlar isə gil parçaları olacaq.
4 – Una əlavə edilən yuyucu tozu və digər qatqılar...
Unun istehsalı zamanı bir çox xərclərə qənaət etmək üçün tərkibinə saman, yabanı otların toxumları və zərər görmüş taxıllar qarışdırılır. Yuyucu tozu isə unun ağappaq görünməsinə və tez xarab olmamasına kömək edir. Unun içindəki tullantıları adi gözlə müşahidə edə bilərsiniz. Bunun üçün unu təmiz bir səthə tökün. Yaxından baxaraq içinə əlavə edilən qarışımları görəcəksiniz. Ağardılmış un parlaq rəng tonuna sahib olur, incə dənəli görünür. Ağardılmamış unun rəngi solğun rəngli olur və dən-dən görünmür.
5 – Yaşıl noxuda əlavə edilən rəng...
Yaşıl noxudun parlaqlığını artırmaq və daha cəlbedici etmək üçün qida boyası əlavə edilir. Bunu müəyyən etmək üçün şuşə stəkanın içinə 1 xörək qaşığı yaşıl noxud qoyun və üzərinə yarım stəkan su əlavə edib yaxşıca qarışdırın. Yarım saat gözləyin. Əgər su təmiz qalırsa, içində qida boyası yoxdur. Lakin su rəngini dəyişirsə, demək yaşıl noxuda qida boyası vurulub.
6 – Dondurmaya əlavə edilən yuyucu tozu...
Dondurmaya əlavə edilən yuyucu tozu ona parlaqlıq və cüzi dad qatar. Bunu müəyyən edə bilmək üçün dondurmanın üzərinə bir neçə damçı limon suyu sıxın. Dondurma köpüklənməyə başlasa, demək içində yuyucu tozu var.
7 – Sarıkökdə qida boyası...
Sarıkökün tərkibinə qatılan ən çox boyalar metanil sarısı, təbaşir tozu, qurğuşun və xromdur. Bir stəkan suya bir çay qaşığı sarıkök əlavə edin. Təbii sarıkök tozu stəkanın dibinə çökərkən açıq sarı bir rəng buraxacaq. Qatqılı sarıkök tozu isə daha çox sarı rəng buraxacaq.
8 – Almadakı mumlama işi...
Mumlama işi həvayla təmasda olarkən rəngi və keyfiyyəti xarab olan meyvə və tərəvəzləri qorumaq üçün qida istehsalçıları tərəfindən tez-tez istifadə olunur. Bunun üçün bıçaqla almanı qaşıyın. Əgər bıçaqda ağ iz qalırsa, bu mumlama işindən xəbər verir.
9 – Hind qozu yağına əlavə edilən yağlar...
Hind qozu yağına tələbat böyük olduğu üçün istehsalçılar tələbi çətin çatdırır. Ona görə də tələbi yerinə yetirmək üçün tərkibinə digər yağları qarışdırırlar. Əgər aldığınız hind qozu yağından şübhələnirsinizsə, yağı şüşə stəkana qoyun və 30 dəqiqə soyuducuda saxlayın. Tərkibində əlavə qatqı yağlar varsa, ayrı bir təbəqə şəklində görünəcəklər.
Firuzə Alimova / TurpKimi.com