Kin saxlayan və qisascıl bürclər hansılardır?


Yazıçı və astrologiya üzrə mütəxəssis Kristina Şenvald başqalarından daha tez küsən və uzun müddət kin saxlayan bürclərin adını açıqlayıb.

kin-saxlayan-ve-qisascil-burcler-hansilardir
09.08.2020 12:33 2 dəq oxuma

Şenvalda görə, Əqrəb bürcləri çox kinli olur və ancaq onu incidən adamlardan qisas almaq haqqında düşünür. Əqrəblər onları incidənləri çətin bağışlayır. Hətta Əqrəbə onun düşündüyü şeyi etmədiyinizi söyləmək də sizə kömək etməyəcək, çünki bu bürc altında dünyaya göz açanlar ən çox yalançılara nifrət edirlər.

Əgər bir Buğanın xətrinə dəysəniz, o heç bir halda bunu fikrindən çıxarmayacaq. Əqrəblərdən fərqli olaraq Buğalar qisas almağa tələsmir. Sadəcə olaraq səbirlə hər şeyin vaxtını gözləyir.

Bundan başqa, Buğalar etdiyiniz hər səhvin ən kiçik detalını belə yaddaşında saxlayırlar. Odur ki, heç vaxt onların özünə və ya xoşbəxtliyinə zərər verməyə cəhd etməyin, yoxsa əbədi olaraq “qara siyahı”ya düşəcəksiniz.

Mütəxəssisin fikrincə, Oğlaqlar günahkarları bağışlamağı bacarır. Təki bu onların karyerası və ya xüsusi əhəmiyyət kəsb edən bir şeylə əlaqəli olmasın. Çünki, mütləq bunun əvəzini çıxacaqlar. Şirlər isə onların xətrinə dəyən insanları həyatlarından silirlər.

Qoçlar isə bu cəhətdən hiyləgər davranırlar. Belə ki, əgər onları qəzəbləndirib və ya incitmisinizsə dərhal bunu sizin üzünüzə deyəcəklər. Səhvinizi düzəltmək üçün heç bir iş görməsəniz, onlar sizi heç vaxt unutmayacaq. Qoç üzünüzə güləcək və mümkün qədər dostcasına davranacaq. Ancaq gözləmədiyiniz zaman sizi cəzalandıracaq. Bu bürcün  nümayəndələri özlərini yaxşı hiss etdikləri zaman sizi bağışlaya bilər, amma artıq sizə etibar etməyəcək.

Kristina Şenval bildirib ki, digər bürcün nümayəndələri - Əkizlər, Qız, Balıqlar, Xərçəng, Oxatan və Dolça də qarşı tərəfdən küsməyi bacarır. Ancaq digərlərindən fərqli olaraq, tez bir zamanda qarşı tərəfi bağışlayır və qisas almaq haqqında düşünmürlər. (Report)