Övladınızla əylənərək birlikdə hazırlayın...
Mağazada satılan kinetik qumlar bahadırsa, unutmayın, evdə ondan daha yaxşısını, həm də övladınızla əylənərək birlikdə hazırlaya bilərsiniz.
TurpKimi.com kinetik qumun hazırlanması üçün 2 müxtəlif resepti təqdim edir:
Qarğıdalı unundan kinetik qum
- Qum
- Qarğıdalı unu
- Qab pastası
- Su
- Qida boyası
Əgər evdə qarğıdalı unu yoxdursa, buğda unundan da istifadə edə bilərsiniz. Qum, un və qab pastasını qarışdırın. Daha sonra su və qida boyasını əlavə edib qarışdırın. 2 saat saxlayın. Artıq hazırdır, oynamaqdan zövq alın.
Yapışqanlı (kley) kinetik qum
- 1 stəkan rəngli qum
- ¼ çay qaşığı sulu sabun
- 1 xörək qaşığı şəffaf yapışqan
- 1\2 çay qaşığı nişasta ( su ilə açılmış)
Böyük bir qabda yapışqan, sulu sabun və maye nişastanı qatılaşana kimi qaşıqla qarışdırın. Kasaya yapışsa narahat olmayın. Qarışıma ¼ stəkan qum əlavə edin və bütün qumu qarışdırmağa çalışın. Hər dəfə bir az da qum əlavə edin və qaşıqla qarışdırmağa davam edin. Daha sonra əllərinizlə qarışdıra bilərsiniz. Dartışdırın, yapışqanın üzə çıxdığı yerlərə qum əlavə edin və qatlayın. Bütün qum qarışıb hopana kimi davam edin.
Firuzə Alimova / TurpKimi.com