Tərkibində kir və su saxlamayan parça istehsal olunub.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu xüsusi parça Tekirdağdakı Çerkezköydəki Türk Tekstil Vəqfi Peşə və Texniki Anadolu Liseyində hazırlanıb. Parça eyni zamanda antibakterial xüsusiyyətlərə malikdir, viruslara qarşı da qoruyucudur.
Məlumata görə, belə bir parçanın hazırlanmasında əsas məqsəd müəllimlərin pandemiya dönəmində üz-üzə dərs keçmələrində heç bir maneə ilə üzləşməməsidir.
Layihə üçün təxminən 1 milyon lirə pul ayrılıb. İstehsal olunan parçalarla müəllimlər üçün önlüklər tikiləcək. Tekirdağda 10 min müəllimə önlük pulsuz paylanacaq.
TurpKimi.com