Kişi beyni ilə qadın beyninin fərqli işləməsinin elmi səbəbləri


Kişi beyni ilə qadın beyni əslində necə işləyir?

kisi-beyni-ile-qadin-beyninin-ferqli-islemesinin-elmi-sebebleri
09.03.2023 12:21 2 dəq oxuma

Kişilərin deyiminə görə qadınların beyni fərqli işləyir. Əslində düz deyirlər. 

Turpkimi.com kişi və qadın beyninin fərqləri haqqında maraqlı araşdırmanı oxucuları ilə bölüşür. 

Kişilərdə riyazi, qadınlarda dil bacarıqları daha yaxşı inkişaf edib 

Kişilərdə beynin bir hissəsi olan "Parietal Lob" daha böyükdür. Bu qisim insanlarda riyazi və vizual qabiliyyətlərə nəzarət edən bölgədir. Beyində duyğuları, romantik hissləri idarə edən iki hissə də var. Bu hissələr qadınlarda daha çox inkişaf edib. Məhz buna görə qadınlarda danışıq və dil bacarıqları daha çox ön plana çıxır və problemləri öncədən görüb həll edə bilirlər.  

Qadınlar kişilərə nisbətən stresli və darıxdırıcı vəziyyətin öhdəsindən daha asan gəlirlər 

Bəzi kişilərdə də bu qabiliyyət var. Ancaq ümumi götürdükdə qadınlar daha irəlidədir. Çünki qadınlarda olan estrogen hormonu stresli halda daha sakit olmağa kömək edir. Kişilərdə olan testesteron hormonu oksitosin hormonu ilə birləşərək daha aqressiv bir  təbiət meydana gətirir. 

Qadınların kişilərə nisbətən daha sakit qalmasının ən əhəmiyyətli səbəbi ifraz olunan hormonların fərqli strukturlarda olmasıdır.

Keçmişdə yaşananların bəziləri hər iki cinsdə beynin işinə təsir edir

Keçmişdə yaşanan yaxşı, ya da pis bir çox şey beynimizdə özünə yer edir. Xüsusilə yaşanılan çətinliklər adamın beyin funksiyalarını istiqamətləndirir.  Əgər bir səhv edilibsə, onun təkrar reallaşmasını istəməyən beyin funksiyalarını müxtəlif vəziyyətlərə görə nizamlayır.  Bunun nəticəsində isə insanlar arasında fərqliliklər nəzərə çarpır. Beyin xüsusiyyətləri baxımından insanlar arasında bu fərqliliklər irsi olur, amma sonradan yaşanılan bəzi hallara görə də fərqliliklər yaranır.  


Kişilərin beyni nəticəyə, qadınların beyni isə detallara köklənir

Elmə məlum olan ən əhəmiyyətli faktlardan biri də qadınların hadisələrə daha detallı yanaşmağıdır. Baş verən hər hansı bir hadisədə kişilər qısa müddət içərisində reaksiya verə bilir, qadınlar isə hadisəyə daha incə və detallı yanaşırlar. Bunun ən fundamental səbəblərindən biri də qadınların hadisələrə daha təmkinli və daha etibarlı  yollardan yanaşmasıdır.  

Qadınların beyniylə müqayisə edildikdə kişilərin beyni daha çox hadisənin necə olduğuna deyil, olub-olmadığına mərkəzlənir. Buna görə də bəzi hallarda kişilər və qadınlar arasında zehni fərqliliklər yaranır. Bu da  bəzi anlaşılmazlıqların yaranmasına səbəb olur. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com 

15-06-2022