"British Princeton" Universitetində aparılan araşdırmaya görə, steroiddən istifadə edən kişilərdə spermanın keyfiyyəti aşağı düşür.
Steroid insanın cinsi hormonlarına təsir edən, onların səviyyəsini süni yollarla müəyyən vaxt periodunda artıran kimyəvi preparatlardır.
TurpKimi.com xəbər verir ki, alimlərin tədqiqatlarına əsasən, xüsusilə fitness və bodi-bilding idmanı ilə maraqlananlar, əzələ yığmaq istəyənlər steroidlərdən geniş istifadə edirlər.
Ancaq "British Princeton" Universitetində aparılan araşdırma steroid istifadəçilərində sperma keyfiyyətinin azaldığını sübut edib. Təcrübəyə görə, steroidlər orqanizmin hormon balansını pozurlar. Hormon balansı sperma istehsalını zəiflədir.
TurpKimi.com