Kişilər niyə çox xoruldayır? - Diqqət çəkən səbəb


Xoruldamaq ölüm riski daşıyır.

kisiler-niye-cox-xoruldayir
30.03.2019 20:06 2 dəq oxuma

Xoruldamaq həm bu problemi yaşayan, həm də xorultunu dinləmək məcburiyyətində qalan biri üçün ciddi məsələdir. Bunun bir çox səbəbi vardır, ancaq ən çox diqqət çəkən məqam niyə kişilərin qadınlardan daha çox xoruldamasıdır?

Aparılan araşdırmalara görə, cəmiyyət arasında xoruldayan insanlar çoxluq təşkil edir. Əldə edilən nəticələrin digəri isə kişilərin qadınlarla müqayisədə daha çox xoruldamasıdır.

Xoruldamaq təkcə kimlərisə narahat etmək deyil, həm də bir insanın sağlamlıq və həyat keyfiyyətinə təsir edir, bəzən ölüm riski də daşıyır.

Mütəxəssislər bildirir ki, yatarkən xoruldayan insanda nəfəs kəsilmirsə, onun sağlamlığı üçün təhlükəli deyil. Lakin nəfəsin kəsilməsi varsa, nəticəsi ciddi ola bilər.

Bəs xoruldamaq xəstəlikdir?

  • Yuxusuzluq, gün boyu baş gicəllənməsi, yorğunluq, diqqət dağınıqlığı kimi şikayətlər varsa, xoruldamaq xəstəlik olaraq görülməlidir.
  • Yaşı 50-dən yuxarı olan kişilərin yarısı xoruldayır və bu göstərici qadınlardan 3 dəfə çoxdur. Bunun səbəbi kişilərin bədənindəki yağların parçalanması və əzələ quruluşu ilə əlaqəlidir
  • Qadınlarda xoruldamaq menopozdan əvvəl 10% olursa, menopozdan sonra 40 faizə çatır.
  • Qadınlarda piylənmə daha çox çanaq bölgəsində, kişilərdə isə boyun və qarın nahiyyəsindədir. Dolayısı ilə bu hal kişilərdə xoruldamağa meyilliyi artırır.
  • Qısa boylu, kök və qarınlı kişilər risk altındadır.
  • Cinsi zəifliyə səbəb ola bilər: yuxu pozulur və səhərlər oyananda dincəlmiş, istirahət etmiş əhval olmur. Yorğun və halsızlıq müşahidə edilir. Gün ərzində fürsət tapdıqca yatarlar. Səhərlər ağızda quruma və baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı, unutqanlıq, gecələr tərləmə, cinsi istəksizlik və zəiflik göstəricilərdən bəziləridir.
  • Ürəktutma və infarkt riski var: ürək və beyin kimi həyati əhəmiyyət daşıyan orqanlara oksigenin az getməsi ürəktutma və infarkt riskini artırır. Bundan başqa, nəbzin və qan təzyiqinin artmasına da təsir edir.
  • Xəstəliyin müəyyən edilməsi üçün xoruldayan şəxsin laboratoriya şəraitində bütün gecəni nəzarət altında yatması vacib şərtdir. Yalnız bu sınaqdan sonra xoruldamağın səbəbləri müəyyən edilə bilir.

Problemin həlli zamanı müxtəlif müalicə üsulları tətbiq edilə bilər. Məsələn, adam çox kökdürsə, arıqlamalıdır. Siqaret çəkib spirtli içki içir, hərəkətsizdir və dik yastıqda yatırsa bütün bunların qarşısı alınmalıdır. Amma burun sümüyü, yumuşaq damaq və dil kökündən qaynaqlanan problemlərdə əməlliyata ehtiyac olur.

Firuzə Alimova / TurpKimi.com