Hansı kişilər təkcə oturub yemək yeyir?
Aparılan yeni bir araşdırmaya görə, təkbaşına yemək yeyən kişilərin həmyaşıdları ilə müqayisədə daha tez öldüyü ortaya çıxıb.
Bu barədə “Japan Times”da yayımlanan araşdırmanı Tokio Tibb və Diş Universitetinin alimləri aparıb. Araşdırmaya rəhbərlik edən Yukako Tani “təkbaşına yemək yeməyin ölüm hallarına təsir etdiyini düşünürdük və bunu araşdırdıq” deyib.
Araşdırmada iştirak edən və yaşı 65-dən yuxarı olan kişilər 3 il ərzində nəzarətdə saxlanılıb. Alimlər axşam yeməyini tək yeyənlərin ölüm nisbətinin ailəsiylə birlikdə yeyənlərdən 50 faiz daha çox olduğunu bildirib. Belə ki axşam yeməyini ailəsiylə birlikdə yeyən 29 182 kişidən 1759 nəfər öldüyü halda, ailəsiylə yaşayıb axşam yeməyini təkcə yeyən 1645 kişidən 156 nəfər ölüb. Məlum olub ki, tək yaşayan və yeməklərini tək başına yeyən kişilərdə erkən ölüm riski, ailəsiylə birlikdə yaşayıb onlarla yeyən kişilərdən 20 faiz çoxdur.
Yəni ailəsiylə yaşadığı halda təkbaşına yemək yeməyin istismar və baxımsızlıq olduğuna işarə edən alimlər araşdırmanı belə dəyərləndirib: təkbaşına yemək yeyən kişilər kifayət qədər yaxşı qidalanmır və baxımsızdırlar.
Yazılıb: 31.03.2019-cu ildə
Firuzə Alimova / TurpKimi.com