Kişilər üçün təraş köpüklərinin təhlükələri açıqlanıb


Dünyanın bir sıra ölkələrində bu maddənin istifadəsi qadağandır...

kisiler-ucun-teras-kopuklerinin-tehlukeleri-aciqlanib
27.02.2024 00:49 1 dəq oxuma

Bütün təraş köpükləri kişilərin sağlamlığı üçün təhlükəsiz hesab edilə bilməz, çünki onların bəzilərində dietanolamin adlı zəhərli maddə var.

TurpKimi.com bildirir ki, bunu həkim Yelena Malışeva “Birinci” kanalda yayımlanan "Sağlam Yaşa" proqramının efirində bildirib. Onun sözlərinə görə, bu, dəri hüceyrələrində iltihablı reaksiyaya səbəb olur. Qeyd olunur ki, dünyanın bir sıra ölkələrində bu maddənin istifadəsi qadağandır.

Oftalmoloq Mixail Konovalov qeyd edib ki, təraş üçün köpüklər dörd əsas komponentdən ibarətdir: su, köpükləndirici, nəmləndirici (qliserin), həmçinin müxtəlif ətirlər. Bununla belə, bəzi köpüklərdə iki son dərəcə təhlükəli maddə də ola bilər: dietanolamin (DEA) və butilmetilfenilpropional. Elmi araşdırmalara görə, DEA dəri hüceyrələrində mənfi reaksiyaya səbəb olur. Butilmetifenilpropional isə reproduktiv sistem üçün zərərlidir.

Heyvanlar üzərində aparılan təcrübələrdə, siçovullara bu maddə cəmi beş gün çəkilib. Nəticədə məlum olub ki, onlar toksiki olaraq sperma üçün zəhərlidir.

Firuzə Alimova / TURPKİMİ.COM