Faydaları haqda ətraflı...
Hər bir kişinin cinsi sağlamlığı çox vacibdir. Çox vaxt bunun üçün dərmanlara müraciət edilir. Lakin eyni funksiyanı təbii və bitki məşəli vasitələr də yerinə yetirmək gücündədir.
TurpKimi.com bildirir ki, Çin təbabətində həm kişilərin, həm də qadınların cinsi sağlamlıq problemlərini haqqında danışacağımız otun - azğın keçi otunun köməyi ilə müalicə ediblər.
Təbii afrodizyak olan ağzın keçi otu hormonun istehsalını və libidonu artırır. Bundan başqa, immun sistemini gücləndirir, sümüklərin sağlamlığını qoruyur və anti-xərçəng xüsusiyyəti var. Bu ot erektil disfunksiyanı müalicə etdiyindən və libidonu artırdığından kişilərin cinsi sağlamlığı üçün ən faydalı, hətta lazımlı otlardan biridir desək yanılmarıq.
Belə ki, aparılan araşdırmalar qeyd edir ki, azğın keçi otunda olan ikariin ereksiyanın davamlılığını qoruyur. Bu maddə testosteronun səviyyəsini və enerjini artırır, istəksiz boşalmanın qarşısını alır.
Bu ot sinirlərin sağlamlığını yaxşılaşdırır. Bəzi mənbələr erektil disfunksiyaya səbəb ola biləcək depressiyanın müalicə edilməsində otun faydasını xüsusi vurğulayır.
Osteoporozun qarşısını alır: osteoporoz və menopozdan sonra sümüklərin əriməsinin müalicə edilməsində istifadə edilir. Hətta bəzi araşdırmalar bitkinin onurğanın sümük sıxlığını bərpa etdiyini aşkar edib.
Ot enerjini sürətlə artırdığı üçün istifadə edərkən bəzi insanların həkimlə məsləhətləşməsində fayda var. Həmçinin təzyiq dərmanları ilə birlikdə içildikdə qarşılıqlı təsir göstərir. Belə ki, azğın keçi otu qan təzyiqinin səviyyəsini tarazlayır. Bu da menopoz dövründə qadınlar üçün faydalıdır. Lakin təzyiqə qarşı dərman qəbul edənlər diqqətli olmalıdır.
Bitki sinirləri sakitləşdirir, narahatlığı azaldır. Bu da yuxusuzluğun qarşısını almaqda faydalıdır. Lakin bitkinin yan təsirləri də var. Dozanı aşdıqda yuxusuzluğa səbəb ola bilir.
Saçları gücləndirir. Bilirsiniz ki, saçların böyüməsi baş dərisindən və hormonlardan asılıdır. Bəzi hallarda, xüsusilə də kişilərdə hormonlar saç tökülməsinin əsas səbəbidir. Testosteronun səviyyəsindəki tarazsızlıq saç problemlərinə gətirir. Bu bitki testosteronun səviyyəsini artırdığı üçün saçların böyüməsini və artmasını da sürətləndirir.
NECƏ İSTİFADƏ EDİLMƏLİDİR?
Hər gün 250 ml qram azğın keçi otunu su ilə qəbul etmək olar. Otun tabletləri və ya yarpaq ekstaktı da olur. Dozası hər insanın sağlamlıq vəziyyətinə görə dəyişə bilər.
Çayını hazırlaya bilərsiniz. Bir stəkan qaynar suya 1 çay qaşığı azğın keçi otunu əlavə edib 10 dəqiqə dəmləyin. İlıq halda için.
Davamlı içmək olar. Lakin dozanı aşmayın və hər ay 1 həftə fasilə verin. Çünki yan təsirləri ola bilər. Yaxşı olar ki, səhərlər 1 dəfə və günortadan sonra 1 dəfə içilsin.
Təsir müddətinə gəldikdə isə, cinsi istəyi artırmaq üçün içildikdə təqribən 60-90 dəqiqə ərzində öz təsirini göstərəcək. Erektil disfunksiya və sümük zəifliyinin müalicəsi üçün bir həftə və ya daha çox müddət lazım gələ bilər.
Firuzə Alimova / TurpKimi.com