Kişilərə zərər verən ərzaqlar açıqlanıb


Təbii olan bu məhsul isə heç məsləhət görülmür...

kisilere-zerer-veren-erzaqlar-aciqlanib
16.04.2021 10:07 1 dəq oxuma

"Kişilər testosteron səviyyəsini aşağı salan içki və ərzaqlardan çəkinməlidir".

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı həkim seksoloq Yevgeni Kulqavçuk xəbərdarlıq edib.

Onun sözlərinə görə, məhz bu hormon cinsi istəyə cavabdehdir.

Həkim qəhvəni çox içməməyi (ən çoxu üç fincan) tövsiyə edir, çünki bu  böyrəküstü vəziyə zərərdir.

Spirtli içkilərin mütəmadi qəbulu da testosteron sintezini azaldır.

Bundan başqa, nanə istehlakı da məsləhət görülmür, çünki o təkcə sinir sistemini deyil, həmçinin seksual komponenti də sakitləşdirir.

Psixoterapevt qadın hormonlarının - fitoestrogenlərin analoqları olduğundan pivə içməməyə və soya tərkibli ərzaqları istehlak etməməyə çağırıb.

Bundan başqa, piylənmə yaradan qidalardan və axşam vaxtı ağır yeməklərdən uzaq durmaq tövsiyə olunub.

Oxu.az / TurpKimi.com