Qüsur bildiyimiz şeylər əslində kişiləri cəlb edir.
"Kişilərin qadınlarda bəyəndiyi şeylər..." deyiləndə ağlınıza klassik şeylər gəlirsə, əslində yanılırsınız. Qadınlarda kişilərə təsir edən klassik ünsürlərdən başqa bir çoxlarının bilmədiyi fərqli şeylər də vardır.
1 – Dağınıq tərz
Fenli saçları, süni gözəlləşməni və xüsusi diqqət göstərdiyiniz makiyajı bəzən bir kənara qoymalısınız. Hər zaman gözəl görünmənizi istəyən kişilərə hərdən dağınız görünüşünüz də çox xoş gəlir. Lakin hər zaman deyil, hərdən dağınıq tərzə bürünərək sevdiyinizi özünüzə məftun edə bilərsiniz.
2 – Bir az qorxu
Qadının bəzi hallarda qorxu hissi yaşaması kişiyə cəlbedici gəlir. Qorxu yaşayan qadını qorxusundan xilas etmək kişidə kiçik super qəhrəman hissi oyandırır. Kişilər bu hissi yaşamaq üçün çox vaxt fürsət axtarırlar.
3 – Makiyaj sürtmək
Makiyajın əslində kişilər üçün cəlbedici bir səbəb olduğunu bilirik. Kişilər makiyaj edərkən sizi seyr etməkdən çox xoşlanırlar. Sanki bu zaman kişiləri ovsunlayırsınız.
4 – Eynəklər
Nədənsə hər zaman eynəklər kişiləri cəlb edib və eynəkli qadınları daha cazibədar görüblər. Unutmayın ki, sadəcə alış-verişə gedərkən, tətildə olarkən deyil, hətta evdə televizor izləyərkən də eynək taxmaq kişilərə eyni təsiri bağışlayacaq.
5 – Aksentli danışmaq
Aksentli danışmaq, adətən qüsur kimi görünür. Ancaq narahat etməyən aksent olduqca cəlbedicidir. İncə aksent və bəzi sözlərə vurulan həssas vurğular sizi cəlbedici bir qadına çevirəcəkdir.
Firuzə Alimova / TurpKimi.com