Sevdiyiniz kişinin köynəyini geyinsəniz onun...
Hələ uşaq vaxtımızdan qadın və kişilər üçün nəzərdə tutulmuş rollar beynimizə yeridilmiş olur. Bunlar da sonrakı dövrlərdə cinsi fərdlər üzərində təsir gücünə malik olur. Məsələn, kişilərin daha güclü, qoruyucu və müdaifə edən olması, qadınların isə daha zərif, yardıma möhtac və zəif olması kimi davranışlardır. Ona görə də kişilər onların öhdəsindən gələ biləcəkləri hərəkətləri etdikdə məmnun olurlar.
TurpKimi.com qadınların kişiləri xoşbəxt edə biləcək 5 hərəkəti təqdim edir:
Avtomobil sürərkən yatmaq
Əslində bu uzun yol səfərlərində bir az risklidir, çünki siz yatarkən sürücü də yuxuya gedə bilər. Ancaq kişilər avtomobil sürərkən yandakı oturacaqda yatdığınız zaman bundan xoşlanırlar. Bunu özlərinə qarşı güvən duyğusu kimi qəbul edirlər.
Ona “ərkəyim” deyə səslənmək
Kişilər onlara bu cür müraciətin edilməsini sevirlər. Əgər siz də hərdən sevgilinizi təəccübləndirmək istəyirsinizsə, onu “ərkəyim” deyə çağırın. Gözlərindəki sevinci, xoşbəxtliyi görəndə siz də təəccüblənəcəksiniz, amma bu gerçəkdir.
Ondan kömək istəyin
Bilirik ki, siz öz ayaqlarınızın üzərində durmağı bacaran güclü bir qadınsınız. Ancaq yenə də bəzən qarşınızdakı kişidən kömək istəyin. Bu onun daha işə yarayan biri olduğuna və özünü güclü hissetməsinə səbəb olacaqdır. Sizə kömək edərkən aldığı həzzi çox az şeydən alacağına əmin ola bilərsiniz.
Onun əşyalarını geyinin
Kişilər onların paltarlarını geyinəndə çox sevinirlər. Yəni sevişəndən sonra sevdiyi kişinin köynəyini geyinən qız steorotipinin əslində mənası var.
Onu idarə edin
Təbii ki, hər dəqiqə onun nə etdiyini, harda olduğunu soruşub canını sıxmayın. Ancaq çölə çıxarkən, ya da evə çatarkən zəng edib necə olduğunu soruşmanız sevdiyiniz kişinin özünü çox yaxşı hiss etməsinə səbəb olacaqsınız. Ona görə də nəzarət altında olan diqqəti sevgilinizdən əskik etməyin.
Yazılıb: 24.01.2019-cu ildə...
Firuzə Alimova / TurpKimi.com