Kişilərin bu hərəkətləri qadınları cin atına mindirir


Kişilər qadınlara nisbətən bəzi məsələlərdə daha çox israrlı olurlar, yəni məcazi mənada naz edirlər. Qadınların isə adı çıxıb. 

kisilerin-bu-hereketleri-qadinlari-cin-atina-mindirir
16.03.2019 12:09 2 dəq oxuma

TurpKimi.com qadınları özündən çıxaran, onları cin atına mindirən kişilərin 10 hərəkətini təqdim edir.

10-TELEFONA CAVAB VERMƏMƏK

Adətən inciyəndə, küsəndə  qadınlar telefona cavab vermirlər.  Bu kişilərə də aiddir. Zənglərinizin cavabsız qalmasının səbəbi elə kişinin sizə naz eləməyidir.

9-MƏSAFƏLİ DANIŞMAQ

Hər dəfə dəstəyi götürəndə  sizə hə, hə axşı, yaxşı, olar, yox cavabları verirsə, deməli sizdən küsüb.

8-Bundan sonra istəsən də heç nə deməyəcəyəm

Kişilər qadınların işinə hər zaman burun soxurlar. Hər mübahisə edəndə bu sözlə qarşılaşırsınızsa, sizə qarşı artıq “naz edir” deməkdir.

7-BUNU GEYƏCƏKSƏN?

Rəfiqələrinizlə çölə çıxırsınız, təbii olaraq ən gözəl paltarınızı geyinəcək və makiyaj edəcəksiz, amma həyat yoldaşınız paltarınızda mütləq bir qüsur tapacaq və sizi qapıdan geri qaytaracaq.

6-Buna yaraşıqlı deyirsən?

Bir şəxsi bəyənirsinizsə, sizə onun qüsurlarını sadalamağa başlayacaq.

5-KİMİNLƏ YAZIŞIRSAN BU QƏDƏR?

Kişilər qadınların hər şeyilə maraqlanırlar. İki qadının yazışmasına dözə bilmirlər.

4-O DA GƏLƏCƏK?

Sizdən xoşu gələn bir uşağın belə görüşə gəlməsi onu dəli etməyə dəyər.

3- İSTƏMİRSƏNSƏ GƏLMƏRƏM, LAP YAXŞI

Rəfiqələrinizlə görüşməyə gedirsiz. Onlarla təkbətək dərdləşmək istəyirsiz. Həmin vaxt ortaya bunu atar: İSTƏMİRSƏNSƏ GƏLMƏRƏM, LAP YAXŞI

2-MƏN ZƏNG ETMƏSƏM, SƏN AXTARMAYACAQSAN

Yaxşı ki, bir neçə saat işim var zəng etməyəcəm dedin. Bir də bunu deməsəydin kim bilir nələr olardı? Mən zəng etməsəm, sən heç axtarmarsan.

1-İSTƏDİYİNİ ELƏ

İşin içindən çıxa bilməyəndə uca səslə belə deyir: “İstədiyini elə”.   Əlbətdə edəcək. Sən nəsə bir iş görəndə ondan soruşursan?

Vüsalə Əlövsətqızı, TurpKimi.com