Kişilərin cinsi əlaqə zamanı sərgilədiyi qəribə davranışlar 


Cinsi münasibət zamanı  meydana gələn problemlər əlaqənizi çətinləşdirə bilər. 

kisilerin-cinsi-elaqe-zamani-sergilediyi-qeribe-davranislar
31.03.2021 21:09 2 dəq oxuma

Daha yaxşı  cinsi həyata sahib olmaq üçün bu səhvləri görüb qəbul etmək və həll etmək  lazımdır. Cinsi münasibətdə kişilər qədər qadınlar da təbii səhvlər edə bilir. Ancaq kişilərin yataqda etdiyi səhvlər əlaqəni korlayacaq cinsdəndir. 

TurpKimi.com sizə bu mövzuda bəzi incəliklər haqda məlumat verəcək. 

Prezervativ istifadə etmək istəməmək 

‘'Hamiləyəm'' sözündən uzaq durmaq istəyirsinizsə,  prezervativə xeyr deməməlisiniz. Eyni zamanda prezervativdən istifadə etmək cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün, özünüzü təhlükəsiz hiss etməyin sadə və yaxşı yollarından biridir.

Fokuslanma problemi 

Kişilərin cinsi əlaqə zamanı diqqətləri daha tez dağıla bilir. Ancaq əlaqədən zövq almayan bir qadın da  fokuslanma problemi yaşaya bilir. Telefona zəng gələndə və ya qapı döyüldüyündə bu vəziyyəti əhəmiyyətsiz hesab edib həzzə fokuslanmağı sınamalısız.

Cinsi əlaqə ilə bağlı  problemləri danışmaqdan çəkinmək

Söz mövzusu cinsi problemlər olduğunda kişilərin ağzını bıçaq açmır. Bu mövzuda qadınlar bir az daha açıq sözlü davranır. Qarşı cinsdə hər hansı bir çətinlik görürsünüzsə və ya monotonlaşmış olduğunu düşünürsünüzsə mütləq bu mövzu haqda danışın, problemi müzakirə edib, həll yolu axtarın. 

Cinsəlliyi yataq otağı ilə məhdudlaşdırmayın 

Cinsəllik üçün havanın qaralmasını, ya da yuxu saatını gözləməyi artıq beyninizdən çıxardın. Xüsusilə uzun müddət davam edən evliliklərdə ən sıx rastlanan problemlərdən biri cinsəlliyin yataq otağında yaşanmalı olduğu düşüncəsidir. Bu təkrarlananın xaricinə çıxaraq cinsi həyatınızı evinizin hər küncündə yaşaya bilərsiniz. 

TurpKimi.com