Kişilərin diqqətinə! - Ağzınızda varsa, sərtləşmə problemi yaradır


Ağızda inkişaf edən bu proses gizli gedir...

kisilerin-diqqetine-agzinizda-varsa-sertlesme-problemi-yaradir
14.05.2021 10:37 2 dəq oxuma

Sərtləşmə problemi dünyada minlərlə kişinin qorxulu problemlərindən biridir. O zaman diş və diş ətlərində meydana gələn problemlərin kişilərdə sərtləşmə probleminə yol açdığını bilirdinizmi? Gündəlik araşdırmaların nəticələrinə görə, diş əti infeksiyaları ilə ixtiyarsızlıq arasında əlaqə ortaya çıxıb.

TurpKimi.com xəbər verir ki, mütəxəssislərin dediklərinə görə son illər oral və cinsi problemlərlə bağlı müraciət edən kişilərdə ağız sağlamlığının pis vəziyyətdə olduğu, diş ağrısı və diş əti iltihablanmasından qaynaqlandığı göstərilir. Ortaya maraqlı sual çıxa bilər ki, kişilərdə ağızdakı gigiyenik təmizliklə sərtləşmə (cinsi problem) arasında nə əlaqə olar bilər axı?

Kişilər bu məsələyə kifayət qədər diqqət etmir. Çünki aparılan araşdırmalara görə, kişilərin diş təmizliyi qadınlarınkından geridə qalır. Hətta bir çox kişilərin gündə 2 dəfə diş fırçalama və dişarası təmizliyini etmək göstəriciləri qadınlardakından olduqca aşağıdır. Beləliklə, kişilərin daha pis ağız gigiyenasına sahib olduğu müşahidə edilir.

Bundan başqa, kişilər dişləri pis ağrımadıqca həkiminə müraciət etmirlər. Bütün bunlar dişlərdə çürüməyə və diş ətində iltihablı infeksiyalara yol açır. Həmçinin diş əti iltihablarının ağrısız inkişaf etməsi gələcəkdə baş verəcək problemin ən dəhşətli tərəfidir.

İnfeksiya qan yolu ilə orqanizmdəki hər yerə yayılır...

Həkimlər qeyd edir ki, diş əti iltihabıyla meydana gələn infeksiyaların mənfi təsiri sadəcə ağız boşluğunda olmaqla məhdudlaşmır. İnfeksiyalar qan yolu ilə orqanizmin digər bölgələrinə də yayılır. Sərtləşmə probleminin fiziki səbəbi, adətən qan damarlarındakı əzələlərin düzgün işləməməsidir.

Belə ki, diş əti infeksiyaları qandakı kimyəvi tərkiblərə təsir edərək kişi cinsi orqanlarının damarlarının funksionallığına mənfi təsir edir və ixtiyarsızlıq riskini artırır.

2010-cu ildən aparılan araşdırmaların nəticələrinə əsasən, sərtləşmə problemi yaşayan kişilərin təqribən 80 faizində diş əti infeksiyaları olduğu müşahidə edilib. Başqa bir araşdırmada isə diş əti sağlam olanlarla müqayisədə diş əti iltihabı olan kişilərdə sərtləşmə probleminin 3 dəfə çox olduğu vurğulanıb. Lakin diş əti problemləri müalicə olunduqdan 3 ay sonra kişilərin yaşadığı sərtləşmə və ixtiyarsızlıq şikayətlərində azalmalar baş verir.

Yəni diş ətində baş qaldıran infeksiyaların birbaşa sərtləşməyə səbəb olduğunu iddia etmək düzgün olmaz. Lakin aparılan müşahidələr bu kimi xəstəliklərin sərtləşmə problemi üçün risk faktoru olduğunu söyləyir. Ona görə də sərtləşmə problemi yaşayanlara ağız sağlamlığını professional həkimə müayinə etdirmələri məsləhət görülür.

Firuzə Alimova / TurpKimi.com