Kişilərin gözündə  qadınlar nəyə görə çox “dırdır” edir? - Kim haqlıdır?


Ailələr arasında söz-söhbət düşəndə çox vaxt qadının daha çox “dırdır” etməsindən, yəni eyni sözü dəfələrlə təkrar deməsindən, hər şeyə danışmasından şikayət edirlər.

kisilerin-gozunde-qadinlar-neye-gore-cox-dirdir-edir
30.08.2020 19:28 3 dəq oxuma

Doğrudanmı,  qadınlar daha çox “dırdır” edir?

TurpKimi.com  türk mediasına istinadən Neslihan Arslanın bu mövzuda maraqlı fikirlərini oxucuların diqqətinə çatdırır. 

Kişilərin gözündə qadınlar nəyə görə "dırdırcı"dır?

Çünki ictimaiyyət arasında, məişətdə, sosial mühitdə kişilər daha çox sərbəstdirlər, evə nə vaxt gəlib-getdikləri haqda ana-ataya heabat belə vermirlər. Bu qayda oğlan uşaqları üçün keçərlidir. Ailədə qız uşaqlarının hamı tərəfindən sorğuya çəkilməsi, üstəlik də qardaşının onun hər etdiyinə göz qoyması normal qarşılanır. Hətta qardaşın bu hərəkəti böyüklər tərəfindən alqışlanır. Kişi evləndikdən,  həyatına bir qadın girdikdən sonra artıq etdikləri üzərində söz haqqı olmaq istəyən bir fərd ona yük olmağa başlayır. Qadınları bu mövzuda günahlandırmaq nə qədər doğrudur bilmirəm. Ailə içində böyük ehtimalla söz haqqı tapa bilməyən qadın, bərabər söz haqqına sahib olduğu mühit yaratmaq üçün mübarizəyə başlayır.  

Əslində kişilər də ən azı qadınlar qədər  "dırdır" edir

Əslində kişilər də səs-küy salmaq, çox danışmaq baxımından qadınlardan heç də  geri qalmır.  Bu sözləri bir kişinin ağızından daha çox eşidərsiniz, yoxsa qadının?  "Oraya getmə, bunu geymə, neçədə çıxacaqsan, kimlərlə olacaqsan, kimlə danışırsan". Əmin olun, kişilər bir başqasının həyatına qadınlardan daha çox müdaxilə edərlər. Amma kişilərə heç vaxt "dırdırcı" deyilmir.  Çünki qadınlar həyatlarına müdaxilə edilməsinə artıq vərdiş ediblər. Kişilər kimi ən kiçik müdaxiləyə belə etiraz etməzlər. "Yaxşı" deyib ötüşdürməyə vərdiş ediblər. 

Yaxşı bu kişiləri niyə rahat buraxmalıyıq?


Həyatında olan kişidən daha dünyagörüşlüsən,  hərtərəfli fikiləşirsən, çünki həyatda çox şeylə mübarizə apardın. Daha çox təhlükəylə qarşı-qarşıya olduğun üçün ondan daha oyanıqsan, beynin daha kompleks şəkildə  işləməyə, düşünməyə vərdiş edib. Amma kişini rahat burax, bir sınasın görək. Sənin heç bir səs-küyün,  "dırdırın"  olmadan yaşamağı sınasın. Sənin kiçik bir "Google" olduğunu özü anlasın, başa düşsün.  

Kişiləri tərbiyə etmək olmur

Sevgilinə/ərinə etdiyin hər xəbərdarlığı, hər vəziyyətdə, hər səfərində təkrarladığına fikir vermisənmi? "Duşdan sonra ayaq dəsmalına bas" deməyinə baxmayaraq, hər səfərində otaqda yaş ayaqla gəzir. Sən də yorulmadınmı artıq eyni sözləri deməkdən?. Hamama bir kağız qoy, gözəl səs tellərini yorma.

"Dırdır"ın onun daha da tənbəlləşdirəcək, düşünmə qabiliyyətini azaldacaq

Sənin həyatınız bir az daha asanlaşsan, ağılsız başının cəzasını ayaqlarınız çəkməsin deyə, o unutdu deyə xatırlatdığın hər şey onu tənbəlliyə sürükləyəcək. Düşünməməyə başlayacaq. Gözlərinin qarşısında adamın intellekt səviyyəsi aşağı düşəcək, zəifləyəcək. Hazıra öyrəşəcək.  O zəkasına aşiq olduğun adam sən arxasını yığdıqca anasının kiçik oğluna dönəcək. Zərərin harasından geri dönsən kardır. Onun zəkasına aşiq oldunsa, bir rahat burax. 

Bəlkə də doğru olan onun etdiyidir

Sənin əhəmiyyət verdiyin mövzular onun vecinə belə deyil.  Bunu bir qəbul et. Gecə onsuz da yenidən dağılacaq deyə,  o yatağı yığmaq istəmir. Bəhanə,  ya da deyil. Hansınızın əsəbləri daha çox yerindədi? Sən o yataq yığcam, səliqəli olacaq deyə əsəbləşirsən, o onsuz da gecə yenidən dağılacaq deyə düşüncəsi ilə  telefonunda oyun oynayır. Bir az həyatdan zövq al, bəlkə də o doğrusunu edir. 

 Sənin səs-küyün, "dırdır"ın  onu daha da inadkar edəcək

Vallah sanksiyası olmayan hər əmrin nəticəsi inaddır. Yəni, anan sənə tələbə olarkən hər gün " Dərsdən çıxıb evə tez gəl, evə erkən gəl, gecikmə" dedi. Həmişə gec getdin, hər səfərində deyindi, susdu. Sən artıq o hər  "Gecikmə"  dediyində əsəbləşməyə başladın, amma bir gün olsun belə evə tez getmədin. Bəli, nəticəni sənə buraxırıq.

 Bir az soyuqqanlı ol,  sənə də yaxşı təsir edəcək

Kimsənin ikinci bir anaya ehtiyacı yoxdur. Bir az soyuqqanlı ol, kefinə bax. Həm də soyuqqanlı qadınlar hər vaxt daha sirli, daha cazibədardır. Hər şeyi görən, hər şeyə özünü çatdıran, hər şeyə reaksiya verən, davamlı ünsiyyətə açıq biri olmaq nə fayda verdiki?

Hər şeyə çatmaq, hər işi çatdırmağa çalışmaq  gələcəkdəki işlərinin yaxşı olacağına  zəmanət verirmi? Burax bir müddət, "Yaxşıca havalara girdi bu"  desinlər. Vaxt keçdikcə həm dəyərini bilərlər, həm də daha az yorularsan.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

loading...