Bir kişinin həyatda ən çox əhəmiyyət verdiyi şeylərdən biri ...
Əslində hər kəs sevgisini müxtəlif şəkildə göstərir. Lakin bəzi ümumi davranışlar kişilərin qarşısındakına olan hissləri haqqında ipucları verə bilir.
TurpKimi.com kişinin aşıq olub-olmadığını göstərən işarələri təqdim edir:
1 – Sizi bütün hallarda gözəl görür…
Əlbəttə, saçlarınız baxımlı və parıltılı olanda sizə tərif yağdırması təbiidir. Əgər bir kişi sizi sevirsə, yataqdan qalxdığınız andan yatana qədər ötən hər saniyədə, istər baxımlı görünmək üçün çoxlu pul xərcləyin, istərsə də təbii halınızla, makiyaj belə etmədən gəzin, o sizin yenə də gözəl olduğunuzu düşünəcək. Bu, onun gözünün sizdən başqasını görməməsi deməkdir.
2 – Təriflər yağdırar
Kişilər hər nə qədər “mənim üçün daxili gözəllik vacibdir, fiziki dəyərlərə çox əhəmiyyət vermirəm”desələr belə, mütləq xarici gözəlliyə baxarlar. Xüsusilə də bir kişi ilk olaraq sizi başdan ayağa süzməklə aşiq olduğunu bəlli edər. Daxili gözəlliyiniz olsa da, siz hər zaman gözəl və baxımlı olmağa çalışın.
3 – Dinləyər
Əgər bir kişi sizdən xoşlanırsa, səs tonunuz, diksiyanız, ümumiyyətlə sözlərinizlə ona necə təsir edəcəyiniz onun üçün maraqlıdır. Yanınıza gələrək sizinlə danışmaq və suallar vermək istəyər. Kişilər güldürən və bacarıqlı qızlardan xoşlanırlar. Məsələn, ona uşaqlığınızda yaşadığınız gülməli anlardan danışa bilərsiniz. Bu zaman asta-asta və təsiredici səstonuyla danışmağa səy göstərin.
4 – Fədakar olarlar
Əgər bir kişinin sizdən xoşu gəlirsə, instinktiv olaraq sizi qorumaq istəyəcək, məsələn adamların çox olduğu bir yerdə narahat olduğunuzu görsə, sizin üçün dalaşa bilər. Sizə suallar verərək ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və əhvalınızın yaxşı olmasını hər kəsdən çox istəyər. Sizi hər an qorumağa çalışar, üzülməməniz üçün əlindən gələni edər.
5 – Vaxt ayırmanızı istəyər
Bir kişinin həyatda ən çox əhəmiyyət verdiyi şeylərdən biri diqqətdir. Yəni ona diqqət yetirməyinizi və onunla vaxt keçirmənizi gözləyər. Onunla maraqlandığınız zaman xoşbəxt olar, ona vaxt ayırmadığınız zaman isə qısqanclıq hissləri baş qaldırar.
6 – İlk olaraq sizsiniz
Sevən insan üçün sevgilisi öndə gələr. Hətta siz onun ailəsindən və ən yaxın dostlarından belə öndə gəlirsiniz. Əvvəlcə sizin yaxşı olmanızı, sizin gülməyinizi və xoşbəxt olmağınızı istəyər.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 02-10-2019