Kitab oxuyarkən niyə yuxumuz gəlir?


Yəqin ki, hər birimiz kitab oxuyarkən yuxumuzun gəldiyini, bəziləri əlində kitabla yatdığının şahidi olub.

kitab-oxuyarken-niye-yuxumuz-gelir
31.01.2021 20:01 1 dəq oxuma

Elə şeylər var ki, hər kəsdə rast gəlinəndə araşdırılması üçün o qədər də düşünmürlər. “Hamıda belədirsə, demək belə olmalıdır” deyib üstündən keçilir.

Kitab keçmişdən bu günə qədər yatmazdan əvvəl yuxu gətirmək üçün oxunurdu. Uşaqlıqda nağıl saatları, məktəb vaxtı hekayə kitabları, daha sonra romanlar… Ancaq hər zaman məqsəd kitabın yuxu gətirməsi olub.

Lakin böyüdükdən sonra bu vərdişlər şəklini dəyişdirdi. Buna səbəb gözləriniz sözləri oxuduqca davamlı olaraq hərəkət edir. Beyninizin funksiyası belə işləyir: Beynimiz əvvəlcə gözlərimizin gördüyü hərfləri şərh edir. Onları kəlmələrə, cümlələrə və paraqraflara çevirir. Bunlar isə çox sürətli şəkildə baş verir. Bu zaman beynimiz çoxlu enerji sərf edir və bununla yanaşı göz əzələlərimiz yorulur. Ona görə də həmin zaman yuxumuz gəlməyə başlayır.

Kitab oxuyarkən yatmamaq üçün nə etməliyik?

Hər şeyin bir texnikası olduğu kimi bu problemi də bəzi üsullardan yararlanaraq həll etmək mümkündür.

Rahat mühitdə kitab oxumağınız normaldır, ancaq o qədər də rahat olmayan şəraitdə kitab oxuyaraq yuxunuzun gəlməsinə mane ola bilərsiniz.

Yerləşdiyiniz mühitin çox isti olmaması da əhəmiyyətlidir. İsti mühit hər zaman yuxu gətirir.

Əlinizdəki kitabı oxumalı, hətta bitirməlisinizsə o zaman oxumazdan əvvəl yüngül idman hərəkətləri edin. Çay, qəhvə kimi sizi oyaq saxlayacaq içkilər qəbul edin.

Firuzə Alimova / TurpKimi.com