Koronavirus bioloji silahdı, yoxsa epidemiya?
Çində daha əvvəl məlum olmayan virusun yeni növünün yayılması xəbəri bütün dünyanı bürüyüb və bununla bağlı mediada minlərlə məqalə tapmaq mümkündür. Yaranmış ajiotajdan dolayı artıq Kitay koronavirusu haqda müxtəlif miflər də yaranmağa başlayıb. Hətta yayılan miflərə inananlar da var.
TurpKimi.com mövzu haqda xarici mediada virusla bağlı dərc edilən doğru və yanlışları sizə təqdim edir:
KORONAVİRUS NƏDİR?
Koronavirus həm insanlara, həm də heyvanlara yoluxan spesifik viruslar ailəsidir. Virus taca (karona) bənzəyən tüklü hissəciklərdən ibarət olduğu üçün adını ordan qazanmışdır. Koronavirus adətən, mədə-bağırsaq traktına, tənəffüs və sinir sisteminə təsir edir. Virusun yaratdığı xəstəliklər çox vaxt yüngül formada keçir. Ancaq bəzi növləri ciddi fəsadlar yarada bilir.
Koronaviruslar daha çox yayıla bilmək üçün sürətlə mutasiya olurlar. Əvvəlcə heyvanlar xəstələnir, sonra viruslar mutasiyaya uğrayaraq insanlara və yenidən heyvanlara keçirlər.
MİF 1 – KORONAVİRUS BİOLOJİ SİLAHDI
Xarici mediada yazılanlara görə, virus Çində süni şəkildə və silah yolu ilə yayılıb. Həqiqətən də, Vuhan Virusologiya İnstitutu 2018-ci ilin yanvar ayında açılıb. Laboratoriya ən yüksək təhlükəsizlik xidməti ilə təmin edilib. Orda Ebola kimi ölümcül xəstəliklərə səbəb olan ən təhlükəli kimroorqanizmlər üzərində təcrübələr aparılır.
Lakin virusun məhz həmin laboratoriyadan kənara sızmasına dair heç bir dəlil yoxdur. Virusun daşıyıcıları müxtəlif vəhşi heyvanlar və ya yarasalar da ola bilər.
MİF 2 – ÇİNDƏ EPİDEMİYA
Düzdü, hazırda Çində koronavirus sürətlə yayılmaqdadır. Lakin bu göstəricilər epidemiya kimi təqdim edilə bilməz.
Epidemiya – yoluxucu xəstəliyin müəyyən zaman və məkan daxilində insanlar arasında yayılmasıdır. Ancaq bu anlayış sakinlərin 5 faizdən çoxu xəstə olduqda tətbiq olunur. Çində isə bu göstərici 1 faizdən azdır. Bundan başqa, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) keçirdiyi sonuncu iclasında koronavirusun yeni növünü qlobal təhlükə kimi qəbul etməyib. Ona görə də koronavirus haqda epidemiya kimi danışmaq düzgün deyil.
Bu təlaş içərisində ən çox pul qazanan tibb işçiləridi. Məsələn, sözügedən virusdan qorunmaq və immuniteti gücləndirmək üçün xüsusi dərman və peyvəndlər təklif edirlər. Lakin rəsmi olaraq bildirilib ki, dünyada koronavirusun yeni növünə qarşı peyvənd (vaksin) yoxdur.
Bir sözlə, vahiməyə düşməyin, apteklərə qaçmayın. Təbii yolla sağlamlığınızın keşiyində durun: düzgün qidalanın, fikizi cəhətdən aktiv olun, yaxşı yatıb orqanizminizi möhkəmləndirin.
MİF 3 – ÇİNDƏ BÜTÜN ŞƏHƏRLƏR BAĞLANIR!
Bu, doğru deyil. Hazırda virusun yayıldığı Vuhan şəhərinə və həmin əyalətdə olan bir neçə yaşayış məntəqəsinə gediş-gəliş bağlıdı. Digər şəhərlədə isə vəziyyət çox yaxşıdı. Amma böyük ticarət mərkəzləri, kinoteatrlar və ictimai yerlər bağlanıb. Həmin şəhərlər avtomobillə gediş-gəliş üçün açıqdır. Odur ki, Çində şəhərləri bağlamaq mümkün deyil.
Bəs şəkillərdə olan boş şəhərlər? Bu cür şəkillər virus yayılmazdan əvvəl də var idi. Çünki Çində bir çox yerlər ruhlar şəhəridir. Bunun üçün “Google”da axtarış verib həmin şəkilləri tapa və hansı tarixdə çəkildiyini öz gözlərinizlə görüb əmin ola bilərsiniz.
MİF 4 – VİRUSDAN MİNLƏRLƏ İNSAN ÖLÜB
Çinin səlahiyyətli nümayəndələri və ÜST-ün verdiyi məlumata görə, bütün xəbərlər yalnız rəsmi mənbələrdə dərc edilir. Lakin son vaxtlar Çinin sosial şəbəkələrində çoxlu sayda saxta məlumatlar yayılıb. Belə ki, yayılan saxta məlumatlara görə xəstəxanalarda tibb bacısı və ya həkim işləyən şəxslər iddia edir ki, ölənlərin sayı onlarla deyil, artıq yüz minlərlədir. Belə məlumatlar təkzib olunsa da, sürətlə yayılaraq insanlar arasında çaxnaşma yaradır.
Rəsmi mənbələr bildirir ki, virusla bağlı dərc edilən məlumatlar şəffafdır. Bundan sonrasına hər kəs özü qərar versin: inansınlar, və ya yox! Unutmayın ki, ajiotaj yaratmaq kimlərəsə fayda verir. Yaxşı pul qazanmaq da olur.
MİF 5 – SPİRTLİ İÇKİ KORONAVİRUSDAN QORUYUR
Spirtli içki koronavirusdan qorumur. Bu, içki içmək üçün yeni səbəbdən başqa bir şey deyildir. Belə bir mif spirtin virusu məhv etməsiylə bağlı yayılan xəbərlərdən sonra yarandı. Bəli, bu belədir, laborantlar dezinfeksiya etmək üçün əllərini spirtlə silirlər, amma əlləri, mədə-bağırsağı deyil…
Virusa yoluxmamaq üçün adi elementar gigiyena qaydalarına əməl etmək lazımdır. Mütəxəssislər tövsiyyə edir ki, yumağa şərait olmadıqda əlləri dezinfeksiyaedici vasitələrlə təmizləmək olar.
MİF 6 – KORONAVİRUS BAĞLAMA İLƏ YAYILIR
Poçt müəssisələri koronavirusun bağlamalar vasitəsiylə yayılmasına dair heç bir dəlilin olmadığını iddia edir və yalan məlumatlar yayamamağı xahiş edirlər. ÜST malların sərhəddən və beynəlxalq ticarətdən keçməsinə heç bir qadağa qoymur.
Bu səbəbdən şirkətlər yalnız rəsmi məlumatlara etibar etməyə və saxta məlumatlar yaymamağa çağırır.
Firuzə Alimova / TurpKimi.com