Köhnə şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəyik


"Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq”.

kohne-sexsiyyet-vesiqesi-ile-turkiyeye-gede-bilmeyeceyik
20.02.2021 21:52 1 dəq oxuma

Bunu REAL TV-yə müsahibəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin Konsulu Mürşüd Məmmədov deyib.

O bildirib ki, səyahət zamanı köhnə şəxsiyyət vəsiqələri etibarlı olmayacaq:

"Yəni vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq”.

Xatırladaq kİ, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiq edib.

Qanun Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

TurpKimi.com