“Qalıcı Arıqlama” türk Neyroelm alimi tərəfindən tədqiq edilib.
Artıq çəki almağa səbəb olan faktorun, beynin şüuraltı hissəsindəki məlumatlardan qaynaqlandığı sübut olunub. Artıq miqdarda enerji qəbulunun və az miqdarda enerji sərfiyyatının səbəbinin əslində insanın şüuraltında öyrəndiyi və təcrübədən keçirdiyi məlumatların uyğunsuzluq olduğu elm dünyası tərəfindən qəbul edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (WHO-World Health Organization) köklüyü və piylənməni psixosomatik xəstəliklər qrupuna aid edib. Psixosomatik xəstəliklər hansılardır? Beyindəki məlumatlarla bədən quruluşunun pozulması və xəstələnmə hallarına psixosomatik xəstəliklər deyilir. Bu sahədə tanınan professor doktor Brüs Liptonun psixosomatik xəstəliklərin genetik deyil, epigenetik olması barədə tədqiqatları da elm dünyasında qəbul edilib. Epigenetika ilə məşğul olan alimlər də psixosomatik sinfə aid olan piylənmə və köklüyün ətraf mühitdən təsirlənən beynin məlumat və quruluş bazasında baş verən dəyişikliklər nəticəsində meydana çıxan bir problem olduğunu müdafiə edirlər.
Neyroplastika sahəsindəki işləri ilə tanınan doktor Dipak Çopra beynin – bədən quruluşuna, maddələr mübadiləsinin sürətinə və işləməsinə təsir etdiyini və istənilən yaşda dəyişməyə meyilli olduğunu, eyni zamanda beynin ətraf mühit faktorlarından təsirlənərək, nevroplastik quruluşundan asılı olaraq dəyişdiyini və bədən quruluşuna təsir etdiyini vurğulayıb.
Kvant fizikası elmi sayəsində, beyin gücünün, istehlak olunan qidalardakı enerji dəyərlərinə təsir etdiyi məlumdur. Tibb dünyasında bunu plasebo və nosebo effekti də adlandırırlar. Beyin gücünün qidalarda olan enerji dəyərlərinə təsir edərək bədən quruluşunun dəyişməsinə səbəb olduğu və enerji qəbulu/sərfiyyatında mühüm rol oynadığı məlumdur. Amerikalı doktor Sara Lazar öz-özünə edilən hipnozun, eyni anda beynin bioloji quruluşunu və şüuraltındakı məlumatları müşahidə edən şəxs tərəfindən dəyişildiyini iştirak etdiyi təcrübələrdə tibbi cihazlar vasitəsilə sübut olunduğunu elmi cəhətdən təsdiq edib.
Məşhur Türk alimi Deniz Egece, hazırkı məlumatlara əsaslanaraq, artıq çəki problemi üçün avtomatik hipnozu inkişaf etdirərək, “Arıqlamada son söz” adlı kitabında yer alan tədqiqatları ilə qalıcı çəki atma mövzusunda son sözü dediyini bəyan etmişdir. Deniz Egecenin tədqiqatları şüuraltındakı davranış və vərdişləri yaradan məlumatların dəyişməsinə, bununla da, həmin insanın qidalara qarşı olan münasibətinin dəyişməsinə səbəb olur.
Egece, daimi arıqlamanın həll olunmasının sadəcə şüuraltındakı məlumatların təsiri və tərkibinin dəyişməsi ilə mümkün olduğunu müdafiə edir. Deniz Egece öz araşdırmalarında insanın öz-özünə avtomatik hipnoz edərək, şüurunu stimullaşdırılmasından, motivasiya olunmasından, diqqətin yönəldilməsindən və kökəlməyə səbəb olan məlumatların asanlıqla dəyişməsindən və beləliklə daimi arıqlama üsulunun gerçəkləşdiyindən bəhs edib.
Elm dünyası bəyan edir ki, artıq çəkidən azad olmaq, beyindəki məlumatları dəyişdirməklə mümkündür. Sizcə, beyindəki hansı məlumatı necə dəyişdirək? Bu mövzu Deniz Egecenin kitab və tədqiqatlarında işıqlandırılmışdır. Bu mövzuda yaranan sualların cavabını “Arıqlamada son söz” adlı kitabda tapa bilərsiniz. Elm dünyasında da tanınması ilə Neyroelm alimi Deniz Egecenin tədqiqatları 7 xarici dildə və 50 fərqli ölkədə nəşr olunur.
Kitabı əldə etmək və ya ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edin:
https://test.dena.az/lps/LP006
Video:
TurpKimi.com