Alimlərin proqnozuna görə, Yer kürəsinə böyük ölçüdə komet yaxınlaşırdı.
May ayında Yerə çatacağı haqda əvvəlcədən proqnoz verilmişdir.
TurpKimi.com xəbər verir ki, rəsmi adı C/2019 Y4 olan Yer kürəsindən adi gözlə görünəcək ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.
Bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.
Mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.
Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.