Kondisioner havasına həssas olan insanlar...
“Uzun müddət kondisioner altında qalmaq xəstəliyə səbəb ola bilər”.
TurpKimi.com “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu həkim Oleq Morunov deyib. Onun sözlərinə görə, belə vəziyyətin yaranmasının səbəblərindən biri soyuq hava ola bilər.
“Kondisionerdən çıxan havanın temperaturu ətraf mühitin temperaturundan əhəmiyyətli dərəcədə aşağı olarsa, xəstəliyə səbəb ola bilrə”, - Morunov qeyd edib.
Həkim cihazın pis təmizlənməsinin də xəstəliyin başlanğıcı üçün şərt ola biləcəyinə diqqət çəkib. Bu zaman kondisionerdə patogen orqanizmlərin sayı artacaq. Morunov əlavə edib ki, uşaqlar, qocalar, immun sistemi zəifləmiş və ya tənəffüs sistemi ilə bağlı xroniki xəstəlikləri olan insanlar müxtəlif xəstəliklərə daha çox həssasdırlar.
Firuzə Alimova / TURPKİMİ.COM