Xalqdan Azərbaycan Ordusuna böyük dəstək...
Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var.
Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün 4 mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".
TurpKimi.com