Çinli alimlərin irəli sürdüyü yeni iddia...
Koronavirusun yeni növünün daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir.
TurpKimi.com "Reuters"ə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri çıxış ediblər.
Onlar hesab edirlər ki, satışına qadağa qoyulmuş heyvan potensial virus daşıyıcısı ola bilər: “Bu kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir”.
Qeyd edək ki, panqolinin dərisinin üzərindəki pullar və əti qadağan edilsə də, qeyri-qanuni yollarla satışı mövcuddur.
Ötən il nəsli kəsilən növlər siyahısına daxil edilən 100 mindən çox panqolinin ovlandığı qeyd olunub.
Heyvanın boyu 30 sm-lə 1 metr arasında dəyişir.