Koronavirus bu ölkənin oyunu imiş - SENSASİON FAKT - VİDEO


İrəli sürülən faktla bağlı sənəd və hesabatlar da var.

koronavirus-bu-olkenin-oyunu-imis
26.02.2020 21:24 1 dəq oxuma

Türkiyəli professor Dr.Ramazan Kurtoğlu bütün dünyanı bürüyən koronavirusla bağlı şok iddialar irəli sürüb.

TurpKimi.com bildirir ki, “CNN Türk” telekanalında qonaq olan Dr.Ramazan Kurtoğlu verdiyi açıqlama ilə hər kəsi təəccübləndirib.

Açıqlamasında o, bütün dünyanı təşvişə salan koronavirusun insanları qorxutmaq üçün bir oyun olduğunu bildirib. Koronavirusun qlobal bir oyun olduğunu, professor hətta “bununla bağlı əlimdə sənəd və hesabatlar var”, - deyə qeyd edib:

“Dünyada yeni quruluş yaradılır. Bu bir oyundur. İllər öncə ABŞ-da iki universitetdə bu oyun üzərində araşdırma başlayıb. Bu oyunda hansısa ölkəyə virus yayırlar. Bununla bağlı əlimdə sənədlər, hesabatlar var. Görülən bütün tədbirlərə baxmayaraq, virtual aləmdə həmin virusun yayılmasının qarşısını ala bilmirlər. Sonra serverləri bağlayıb oyunu yenidən başladırlar”.

Kurtoğlu verilişdə onu da qeyd edib ki, immunitet güclü olduqda bu xəstəliyin öhdəsindən gəlmək mümkündür.

Ətraflı videoda:

Firuzə Alimova / TurpKimi.com