Koronavirus bu şəxslərə yoluxmur - DİQQƏT


Rusiyada tibb sahəsində yüksək çinli mənbə məlumat yayıb.

koronavirus-bu-sexslere-yoluxmur
29.01.2020 10:19 1 dəq oxuma

“Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir.

TurpKimi.com bildirir ki, "Lenta.ru" bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib.

“Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, - deyə nəşrin müsahibi bildirib.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, yeni növ koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

“Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o, bildirmişdi.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.