Fövqəladə komitənin iclası çağırılacaq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının yayılmasının sürətləndiyini söyləyib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat verib.
“ÜST-ə təxminən 16 milyon xəstələnmə və 640 mindən çox insanın öldüyünə dair məlumatlar daxil olub. Pandemiya sürətlənməyə davam edir”, - Qebreyesus deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə təşkilat gələcək tövsiyələri hazırlamaq üçün fövqəladə komitənin iclasını çağıracaq. ə
Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb.
Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-CoV-2-yə yoluxma üzrə 16,3 milyondan çox hal qeydə alınıb. Onun səbəb olduğu COVID-19 xəstəliyindən isə 649 min nəfər ölüb.