Koronavirus keçirdikdən sonra bəzi içkilər orqanizmin sağalmasına kömək edir, lakin bəziləri də var ki, onlardan müvəqqəti olaraq imtina etmək daha yaxşıdır.
Bu barədə rusiyalı dietoloq Anjelika Dyuval məlumat verib.
Dietoloqun sözlərinə görə, koronavirusa yoluxanlar bir müddət tünd qəhvə və qara çaydan imtina etməli, suya üstünlük verməlidirlər. "Şirin qazlı içkilər, qablaşdırılmış şirələr qadağandır. Ev şəraitində hazırlanmış şirələrdən istifadə etmək məsləhətdir".
Dyuvalın sözlərinə görə, evdə hazırlanan kokteyllər və yaşıl çay tərkibli dəmləmələr də tez sağalmağa kömək edir.
"Dəmlənmə qaydası standartdır: 1,5 litr suya iki xörək qaşığı yüksək keyfiyyətli yaşıl çay, iki dilim portağal, bir-iki xörək qaşığı quşüzümü (mərcanı - dondurulmuş və ya qurusu) əlavə edin. Şəkərdən istifadə etməyin, üzərinə almanı qabığı olmadan doğramaq daha yaxşıdır. Bu içki təxminən 40-50 dəqiqə dəmlənilir və gün ərzində içilir. Hər dəfə içdikdə ilıq su əlavə etmək olar, amma qaynar olmasın".
Dietoloq xüsusilə qeyd edib ki, xəstə olarkən və xəstəlikdən sonra da əsas içki adi su olmalıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com