Koronavirus xəstələrini necə müayinə edirlər?


Koronavirus xəstəliyinin spesifik simptomları azdır və bu səbəbdən kovidi qrup, kəskin respirator infeksiyası, viruslu qastroenterit və bir çox digər infeksiyalardan ayırmaq çətin olur.

koronavirus-xestelerini-nece-muayine-edirler
15.12.2020 13:51 1 dəq oxuma

Simptomlar oxşardır – quru öskürək, qızıdırma, baş ağrısı, zəiflik, ishal və s. Lazim olan müayinə və analizlər olmadan koronavirus diaqnozunu qoymaq mümkün deyil.

aif.ru bildirir ki, rusiyalı həkim Svetlana Bakulina vacib olan müayinə və analizlər haqqında məlumat verib.

Həkim xəstənin ümumi vəziyyətini qiymətləndirməli, anamnez yığmalı, qızdırmanı və ürək döyüntülərinin tezliyini ölçməlidir. Həmçinin qanda oskigenin səviyyəsini təyin etmək üçün pulsoksimetriya aparılmalı, xəstə EKQ müayinəsindən keçməlidir. Onun yüksəlməsi ağciyərin zədələnməsindən xəbər verir.

Xəstənin vəziyyətindən asılı olaraq həkim kreatinin, prokalsitonin, ferritin, D-dimer, koaquloqramma kimi analizləri də təyin edə bilər. Bu analizlərdə olan dəyişikliklər həkimə xəstənin orqan və sistemlərində inkişaf edən pozulmaları vaxtında aşkar etməyə yardım edir.  

Belə ki, koronavirus zamanı prokalsitonin adətən norma daxilində olur. Lakin onun yüksəlməsi bakterial infeksiyanın qoşulmasından xəbər verir ki, bu zaman həkim xəstəyə antibiotikləri təyin edə bilər.

Koaquloqrammada dəyişikliklər və D-dimer göstəricisinin yüksəlməsi qan sistemində patoloji dəyişikliklərə (qanın qatılaşması, trombların əmələ gəlməsi) işarə edir.  Bu zaman həkim xəstəyə qanı duruldan preparatları təyin edir və s.

Analizlərdən əlavə həkim xəstəni KT müayinəsinə göndərə bilər. (Saglamolun.az)