Yarasada axtarırlar, amma "virusun qoxusu" başqa yerdən gəlir.
COVID-19-a ilk yoluxmuş şəxs Çin laboratoriyalarının birində işləyib.
“Report” xəbər verir ki, bunu öz mənbəyinə istinadən “Fox News” telekanalı yayıb.
Məlumata görə, ilk koronavirus xəstəsi pandemiyanın alovlanma nöqtəsi olan Uhanda laboratoriya əməkdaşı olub.
Telekanal bildirib ki, koronavirus laboratoriyada bioloji silah olaraq deyil, Çinin ümumiyyətlə virusologiya sahəsində ABŞ-ı keçməkdən ötrü hazırlanıb.
Telekanalın məlumatında həmçinin koronavirusun məhz yarasalardan insana keçdiyi vurğulanıb.
Qeyd edək ki, aprelin 8-də ABC telekanalında ABŞ-ın ötən ilin noyabr ayında koronavirusla bağlı Çinə xəbərdarlıq etdiyi iddia edilmişdi.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
TurpKimi.com