Artıq ölkədə virusa yoluxan xəstə qalmayıb.
Dünyanın daha bir ölkəsində koronavirus (COVİD-19) xəstəsi qalmayıb.
"Worldometers.info" xəbər verir ki, Mərkəzi Afrikada yerləşən Burundi Respublikasında indiyədək 5 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1-i vəfat edib, 4-ü sağalıb.
Burundidə cəmi 80 nəfərdən test götürülüb və bütün testlər neqativ çıxıb. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı bu ölkəni də koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Qeyd edək ki, bundan öncə Qrelandiyada və Mavritaniya pandemiyaya qalib gəlib.
Modern.az / TurpKimi.com