Koronavirusa qarşı dərmanın sınağında 2 nəfər öldü - Araşdırma yarımçıq saxlanıldı


Malyariya xəstəliyinin müalicəsində istifadə olunan virusəleyhinə maddə...

koronavirusa-qarsi-dermanin-sinaginda-2-nefer-oldu
14.04.2020 23:35 1 dəq oxuma

Braziliyada malyariya xəstəliyinin müalicəsində istifadə olunan xlorokin difosfatın COVİD-19 virusuna qarşı təsiri araşdırılıb. Sınaq zamanı 2 xəstənin dərmanın əks təsirindən öldüyü bildirilib.

TurpKimi.com xəbər verir ki, bu barədə məlumat “Livescience” internet saytında dərc edilib.

Braziliyanın Amazon bölgəsindəki Manaus Tropik Tibb İnstitutunun alimləri tərəfindən aparılan kliniki araşdırma zamanı yüksək dozada verilən dərmandan bəzi xəsətələrdə ürək ritminin pozulduğu, 2 xəstənin isə öldüyü bildirilib.

Araşdırma zamanı müşahidə edilən əks təsir nəticəsində 440 xəstə üzərində gerçəkləşdirilməsi planlaşdırılan sınaqda dərmanın digər xəstələrə aşağı dozada veriləcəyi qeyd edilib.

Koronavirusun müalicəsində əsas metod kimi qeydiyyata alınmasa da “Hidroklorokin” adlı dərmanın tərkibində olan xlorokin difosfatın virusəleyhinə təsirindən COVİD-19-a yoluxanların sağaldılmasında istifadə edilib.

Hətta Donald Tramp “Hidroklorokin”in COVİD-19-un müalicəsində “oyunu dəyişdirən” bir dərman olduğunu ifadə edib. Tibb sahəsində çalışan rəsmilər isə dərmanın koronavirusa qarşı təsirli vasitə olmadığı barədə xəbərdarlıq edib.

Firuzə Alimova / TurpKimi.com