Ramazan qabağı müsəlmanları düşündürən sualın cavabı verildi.
Bildiyimiz kimi dünyada sürətlə yayılan koronavirusa qarşı peyvəndləmə aparılır. Ümumdünya Səhiyyə Təşkilatı artıq 190 ölkədə vaksinasiya prosesinin başladıldığını elan edib.
Ötən il kimi bu il də Ramazan ayı pandemiyaya təsadüf edib. Virusa qarşı vaksiyasiyanın da aparıldığı vaxtda oruc tutanları ən çox maraqlandıran suallardan biri peyvəndin orucu pozub-pozmamasıdır.
TurpKimi.com xəbər verir ki, məsələylə bağlı Türkiyənin Dini İşlər idarəsinin sədri Əli Ərbaş açıqlama verib. Bildirib ki, 11 ayın sultanı Ramazan ayında oruc tutan insanların koronavirusa qarşı vaksin vurdurması orucu pozmur: “Dini İşlər üzrə Baş Şuramızın açıqladığı kimi oruclu halda peyvənd vurdurmaqda problem yoxdur və bu, orucu pozmaz”.
Firuzə Alimova / TurpKimi.com