Koronavirusdan müalicə alanlar! - Qan sulandırıcı istifadə edərkən nə yemək olmaz?


Koronavirus qanı qatılaşdırmaq xüsusiyyətinə malik bir xəstəlikdir. Ona görə də bu xəstəliyə yoluxanlara həkimlər aspirin başda olmaqla qansulandırıcı dərmanlar təklif edirlər.

koronavirusdan-mualice-alanlar
26.02.2022 15:21 2 dəq oxuma

Yaxşı, bu dərmanlardan istifadə edərkən, xüsusilə hansı qidaların qəbulunda diqqətli olmaq lazımdır? Qan sulandıran qidalar nələrdir? 

Türkiyənin kardiologiya üzrə mütəxəssisi prof. Dr. Nuri Kurtoğlunun bu barədə bölüşdüyü məlumatları Turpkimi.com olaraq oxucularımızın diqqətinə çatdırırıq. 

Qan sulandırıcı istifadə edərkən yediyimiz bəzi qidalar qanaxmalara belə səbəb olur.  

Salisilik turşusu ilə zəngin olan albalı, itburnu, qarağat, gilas, gilənar kimi qırmızı meyvələr və  qış fəslinin  məşhur təamı portağal və naringi, ananas qanı sulandıran, durulaşdıran xüsusiyyətə malikdir.  Bunlar mədə və sidik yolu qanaxmasından tutmuş  daha ölümcül kəllə daxili  qanaxmalara səbəb ola bilər.

Bu meyvələri istehlak edərkən miqdarına fikir vermək  və həddindən artıq qəbulundan açınmaq lazımdır. Bəzi tərəvəzlərin də tərkibində qan sulandıran maddələr var. Sarıkök, zəncəfil, kəklikotu, nanə bu qidalar sırasındadır.
Qan sulandırıcıların qanı nə qədər sulandırdığı periodik olaraq qan testi ilə müəyyən edilir.  Bu meyvə və tərəvəzləri istehlak edənlər testi tez-tez etməlidirlər. Əgər dərman içirsinizsə, INR testinizi mütləq etdirin.

Sidik və mədə qanaxmaları, sidiyin rəngində dəyişikliklər, ağızdan və burundan qan gəlməsi, böyük bayırda  qan görünməsi bizi daxili qanaxmanın olduğu haqda şübhə yaradır. Xüsusilə varfarin natrium istifadə edən xəstələr INR adlı  testi müəyyən vaxtlarda etməlidirlər.

Dərman yerinə albalı istehlak etməyin 

Dərman istifadə etmədən meyvə ilə bu təsiri təmin etmək mümkün deyil. Dərmanların bəzi xroniki xəstələrdə istifadə edilməsi vacibdir.  "Dərman yerinə bu işi meyvə və tərəvəzlə təmin edə bilərik" kimi ifadələr  doğru və məntiqli bir yanaşma deyil.

Koronavirusun qanı qatılaşdırma təsiri həkimləri qan sulandırıcıdan, xüsusilə aspirindən istifadə etməyə məcbur edir. Həkim nəzarətində  və nəzərdə tutulan müddətdə bu dərmanlardan  istifadə etmək lazımdır.
Mən kardioloq olaraq ürək və damar xəstəliyi olan xəstələrdə infarkt və iflicin qarşısını almaq üçün aşağı  dozada aspirin təklif edirəm.

Bu dərmanlarla iflici 50 faiz,infarktı isə 30 faiz önləmək olur.  Ancaq bu dərmanlardan həkim tövsiyəsi ilə istifadə etmək lazımdır.

Oynaq xəstəlikləri və qut xəstəliyi olanlar albalı, gilas yesin, çünki...

Aspirin kimi  albalının da qan sulandırıcı təsiri var. Albalının özü bədəndən toksinləri uzaqlaşdırarkən isti suda gözlədilən qurudulmuş albalı sapları da şişkinliyi yatızdırır. Bu meyvənin antioksidant tutumu yüksəkdir. Antioksidant tutumu yüksək olan və xüsusilə qırmızı meyvələr  toxumalardakı iltihablanmanın qarşısını alır. 

Bu təsiri göstərən qidalar immuniteti gücləndirər və şişkinliyin yaranmasına mane olar. İnsana görə fərqli miqdarda qəbul etmək lazımdır, məsələn,  gündəlik 2-3 boşqab meyvənin bir və ya iki boşqabı albalıya ayrıla bilər; bu ortalama 15-20 ədəd albalı deməkdir.  Xüsusilə oynaq problemləri və qut xəstəliyi olanlar şəfanı albalıda axtarsın.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

03-12-2021