Koronavirusdan qorunmaq üçün maska kifayət edirmi? - ÜST-dən açıqlama – Son vəziyyət


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  koronavirus haqqında yeni açıqlama verib.

koronavirusdan-qorunmaq-ucun-maska-kifayet-edirmi
04.02.2020 18:08 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  ÜST koronavirusa yoluxmamaq üçün maskalardan istifadənin  100 faiz yetərli olmadığını bildirib. Maskayla birgə gigiyenik qaydalara ciddi şəkildə əməl edilməlidir.  Əllər tez-tez sabunla  yuyulmalıdır. 

Çinin Vuhan şəhərindən yayılan  koronavirus  son 24 saat ərzində 64 nəfərin həyatına son qoyub, 3 mindən çox yeni xəstə təsbit edilib. Ölənlərin sayı isə 425-ə yüksəlib. 

Çində yeni tip koronavirus epidemiyası indiyədək 361 nəfərin ölümünə səbəb olub,  virusa yoluxan adam sayı 17 mindən 205 minə yüksəlib, virusun təsbit edildiyi adam sayı dünya daxilində  17 min 300-ü keçib. 

Yeni tip koronavirüs ilk olaraq Hubey əyalətinə bağlı Vuhan şəhərində 12 dekabrda təsbit edilmişdi. Vuhan Sağlamlıq Komissiyası 31 dekabrda şəhərdəki Huanan Dəniz Məhsulları Bazarı ilə təması olan 27 adamda  "sirrli" xəstəliyin görüldüyünü açıqlamış və bazarı bağlamışdı. Bundan sonra epidemiya səbəbiylə çox sayda hava yolu şirkəti Çinə uçuşlarını təxirə salıb. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com