Koronavirusdan sonra iybilməni necə bərpa etmək olar? - Sadə üsul


Koronavirusun əsas xüsusiyyətlərindən biri də insanda iybilmə və dadbilmə reseptorlarını zədələməsidir.

koronavirusdan-sonra-iybilmeni-nece-berpa-etmek-olar
09.01.2022 08:02 1 dəq oxuma

Koronavirusa yoluxanlar müəyyən müddət ərzində iybilmə, dadbilmədən məhrum olurlar.  Bu müddət 14-28 gün, bəzən aylar çəkir. 

TurpKimi.com xəbər verir ki, rusiyalı həkim-nevroloq Darya Demixova efir yağlarının köməyi ilə iybilmə prosesinin bərpa prosesini tezləşdirməyin mümkün olduğunu deyib.

O, qeyd edib ki, bunun üçün bir neçə efir yağından istifadə etmək lazımdır. Qızılgül, evkalipt, limon, mixək efir yağları ən təsirli sayılır. Yağın bir neçə damcısını pambıq diskinə damızdırın və bu diski burundan 2-3 sm məsafədə tutub iyləyin. Bunu gündə 3 dəfə 10-15 saniyə ərzində edin.

Həkim xəbərdarlıq edib ki, efir yağlarını bilavasitə satıldığı şüşədən iyləmək olmaz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com