Təmizlik imanın yarısıdır...
Amerikada həftəlik dərc edilən “Newsweek” jurnalı bu dəfəki nəşrində Hz. Muhammədin yoluxucu xəstəliklərlə bağlı məsləhətlərinə yer verib.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, sözügedən nəşrdə İslam peyğəmbərinin hədisi paylaşılıb.
Onun koronavirus kimi ölümcül xəstəliklərin qarşısını almaq və bu kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün insanlara etdiyi tövsiyyələri yer alıb. Hətta peyğəmbərin yoluxucu xəstəlik riskinə qarşı yanındakılarına verdiyi məsləhətdə karantin şəraitində qalmaq fikri xüsusi diqqət çəkib.
Hədis belədir: “Hardasa vəbaya yoluxma eşitsəniz, ora girməyin; Amma vəba sizin olduğunuz yerdə çıxarsa, həmin yeri tərk etməyin!”
İslam Peyğəmbərinin tövsiyələrinin sadalandığı yazıda Hz.Muhammədin “Yoluxucu xəstəliyi olan şəxslər sağlam olanlardan uzaq tutulmalıdır” fikrinə xüsusi diqqət çəkilib.
Bundan başqa, yazıda peyğəmbərin yoluxucu xəsətəliklərdən qorunması üçün insanların gigiyenik qaydalara əməl etmələri barədə söylədiyi fikirlər də xatırladılıb: “Təmizlik imanın yarısıdır. Yuxudan durandan sonra əllərinizi yuyun; yatarkən əllərinizin hara hərəkət etdiyini bilmirsiniz. Yeməkdən əvvəl və sonra əllərinizi yuyun”.
yazılıb: 26.03.2020
Firuzə Alimova / TurpKimi.com