Yapon tədqiqatçılar yeni növ koronavirus infeksiyasını 5 dəqiqədə aşkar edə biləcək test üsulu hazırlayıblar.
Bu barədə Yaponiya dövlət yayım orqanı olan NHK məlumat yayıb
Qeyd edilib ki, Yaponiyanın RIKEN tədqiqat institutu və Tokyo Universitetinin tədqiqatçıları COVID-19-u aşkar etmək üçün yeni metod tapıblar. Bu metodla koronavirus testinin nəticəsini 5 dəqiqə ərzində əldə etmək olur.
RIKEN-nin əsas müstəntiqi Rikiya Watanabe sadə və sürətli testləri özündə birləşdirən metodun mürəkkəb prosesləri əhatə etmədiyini və kommersiyalaşdırıldığı təqdirdə səhiyyə müəssisələri tərəfindən istifadə edilə biləcəyini söyləyib. /publika.az