Mağaralarda virusları kəşf edən qadın alimin açıqlaması...
Koronavirusla mübarizədə dünyanın aparıcı mütəxəssislərindən biri olan çinli alim test və vaksinlərin hazırlanması üçün yeni xəstəliyin genetik tərkibini müəyyən etdikdən sonra susdurulduğu ortaya çıxıb.
Hazırda bütün dünyanı cənginə alan koronavirusun yeni növü COVİD-19 ilə bağlı Çinin bəzi məlumatları ört-basdır etməsi yeni narahatlıqlar yaradıb.
İddia edilir ki, ölkə rəsmiləri dünya miqyasında yayılmazdan əvvəl epidemiyanı nəzarətə almağa çalışıblar. İddiaların mərkəzində Çinin “Yarasa Qadın” olaraq tanınan alimi Shi Zhengli var. Zhengli uzun illər elmə vacib kəşflər edib. Rütubətli, qaranlıq, gün görməyən gizli mağaralarda çətin tapılan virusları kəşf edən alimdir. Alimin Cənubi Çindəki mağaralarda araşdırma aparmaq üçün etdiyi səfərlər dünyada böyük rəğbətlə qarşılanıb. Virusoloq ötən ilin sonunda ortaya çıxan naməlum tənəffüs yolu xəstəliyinin koronavirusun yeni növü olduğunu təsbit edib. Bundan sonra alim Vuhandakı yüksək təhlükəsizlik laboratoriyasına çağırılıb.
Yeni növ koronavirusla bağlı hərtərəfli araşdırmasını sürətlə həyata keçirən “Yarasa Qadın” Shi Zhengli 3 günə xəstəliyin genetik tərkibini tamamlayıb.
Komandası ilə birlikdə çalışan alim virusun Cənubi Çinin Yunnan bölgəsindən 1600 km uzaqlıqda yerləşən mağaralardakı nalburunlu yarasalarla əlaqəli olduğu bildirib. Onların nəticələrinə görə virus 2002-ci ildə Çindən 33 ölkəyə yayılan tənəffüs yolu xəstəliyi SARS-a bənzəyib.
Çinli müxbir Gao Yu 76 günlük karantinadan sonra “Yarasa Qadın”la danışdığını söyləyib və belə deyib: “Öyrəndik ki, onun araşdırma institutu genetik ardıcıllığı və testləri yanvarın 2-də tamamlayıb, ancaq susdurulub”.
Eyni gündə İngiltərənin “Daily Mail” qəzeti Vuhan Virusologiya İnstitutunun müdiri Yanyi Vangın işçilərə və əsas rəhbər şəxslərə xəstəlik haqqında heç bir məlumat verməmələrini əmr edib. Yanyi həmçinin, Milli Səhiyyə Komissiyasına epidemiya ilə bağlı testlərin, kliniki məlumatların, test və araşdırmaların nəticələrinin sosial mediada yayımlanmaması, ölkəyə məxsus media da daxil olmaqla heç bir yerdə açıqlanmamasını söyləyib.
Lakin 8 gündən sonra Şanxaylı professorun başçılıq etdiyi bir qrup virusa yoluxmuş xəstədən nümunə götürərək məlumatı paylaşım platformasında dərc ediblər. Və professorun laboratoriyası 2 gündən sonra bağladılıb.
Bu müddət ərzində Vuhanda xəstəliyə yoluxanlar haqqında hesabat və virusun insandan insana keçməsiylə bağlı heç bir məlumatın verilmədiyi bildirilib. Ancaq həmin müddətdə artıq onlarla tibb işçisi xəstəliyə yoluxmağa başlayıb.
Mart ayında onlayn konfrans keçirən Shi Zhengli, araşdırmaçı qrupunun yanvarın 14-də verdiyi açıqlamasında yeni virusun insanlara təsirsiz ötüşməyəcəyini, bu gerçəyin Çin tərəfindən açıqlanmasından 6 gün əvvəl aşkar edildiyini söyləyib. Daha sonra yanvarın 23-də Shi-nin komandası xəstəliyə dair bütün məlumatları elmi portalda dərc etdirib. Məlumatlar 1 aydan sonra “Nature” jurnalında dərc edilən məlumatlarla eynilik təşkil edib.
Mənbə: Timeturk.com
Firuzə Alimova / TurpKimi.com