Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu


Koronavirusla bağlı yeni fakt...

koronavirusun-agciyerden-basqa-diger-vacib-orqana-da-tesiri-melum-oldu
04.04.2020 17:20 1 dəq oxuma

ABŞ mütəxəssisləri bütün dünyada sürətlə yayılan və minlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni faktı aşkar ediblər.

Koronavirusun ağciyərlərdən başqa, insanın beyninə də zərər vurduğu məlum olub.

Alimlər bu məsələnin ciddiliyini ifadə edərək bildiriblər ki, ağciyərlərin fəaliyyəti pozulursa, xəstəni respiratora bağlayırıq, beyin üçün isə eyni çıxış yolu yoxdur.

Nevroloqlar bəzi koronaviruslu xəstələrin beynində ciddi pozuntuların yarandığını aşkarlayıblar.

Həmin xəstələrdə koronavirusdan sağaldıqdan sonra nitqin pozulması və reaksiyanın zəifləməsinin müşahidə edildiyi vurğulanıb.

TurpKimi.com