Koronavirusun dünya üzrə son statistikası


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa (COVİD-19) yoluxanların sayının gün ərzində 287.239 nəfər olduğu haqda məlumat yayıb.

koronavirusun-dunya-uzre-son-statistikasi
21.03.2020 21:31 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, ölənlərin sayı isə 9 saat ərzində  522 nəfər yüksələrək 11.921 nəfər olub.

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artır. 47 021 nəfər bu virusa yoluxub.  Dünyasını dəyişənlər isə 4032 nəfərdir. İspaniyada isə  ölənlərin sayı 9 saat ərzində 282 nəfər artaraq, 1375 nəfərə çatıb.

İranda bu saata koronavirusdan ölənlərin sayı 1556 nəfərdir.

Digər ölkələrdə isə ölüm sayı Fransa – 455, İngiltərə - 178, Türkiyədə isə 9 nəfərdir.