Koronavirus infeksiyasının müalicəsində istifadə olunan "R-Pharm" Şirkətlər Qrupunun preparatları ilk dəfə Rusiya hüdudlarından kənarda qeydiyyatdan keçib.
24 dekabr 2020-ci ildə holdinq Azərbaycan ərazisində özünə məxsus iki işlənməsi - koronavir (favipiravir) və Artlegia (olokizumab) dərman vasitələrin qeydiyyat prosesini başa çatdırıb.
Koronavir dərmanı Rusiyada yüngül və orta ağır cərəyan edən koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunur və COVID-19 müalicəsi üçün Rusiyanın Səhiyyə Nazirliyinin metodiki rəhbərliyinə daxil edilib.
"R-Pharm"ın orijnal işlənməsi olan Artlegia (olokizumab) Rusiyada revmatoid artritin (əsas göstərici) müalicəsi üçün qeydiyyata alınıb. Preparatı eyni zamanda COVID-19 orta formasının müalicəsində hiperiltihab və koronavirusun səbəb olduğu ağciyər və digər orqanların ciddi zədələnməsinin qarşısının alınması üçün Rusiyanın Səhiyyə Nazirliyi tövsiyə edib.
Klinik tədqiqat nəticəsində sübut edilib ki, favipiravir xəstəliyin erkən mərhələlərində infeksiyanı zərərləşdirdiyi üçün xəstəliyin kəskin inkişafının qarşısını alır.
Olokizumabın istifadəsinə aid yenicə başa çatmış klniki tədqiqatlar real kliniki praktikada onun orta dərəcədə ağır gedişi olan xəstəlikdə immun reaksiyanın hiperaktivasiya prosessin inkişafının qarşısı alınmaqda effektivliyini göstərib.
"Biz şadıq ki, Azərbaycan səhiyyə sisteminin arsenalında bir sıra sosial əhəmiyyətli xəstəliklərin müalicəsinə ciddi təsir göstərə biləcək preparatlar kompleksi yaranacaq", – deyə "R-Pharm"ın tibb direktoru Mixail Samsonov bildirib.
Koronavir haqqında (favipiravir)
"R-Pharm" Şirkətlər Qrupu tərəfindən hazırlanmışdır, 6 iyul 2020 ildə Rusiyanın Səhiyyə Nazirliyində yeni koronavirus infeksiyasının müalicəsi üçün qeydiyyatdan keçib. Dərman vasitəsi, xəstəliyin ağırlaşmaları ilə deyil, SARS-CoV-2 virusu ilə birbaşa mübarizə aparır, Viral replikasiyaya maneə törədir və pasiyentin xəstəxanaya yerləşdirilməsini tələb edən ağırlaşmaların inkişaf riskini minimuma endirməyə imkan verir.
"R-Pharm" tərəfindən aparılan və Koronavirin effektivliyini və təhlükəsizliyini sübut edən klinik tədqiqatların məlumatları xüsusi razılıq əsasında "Dr. Reddy ' s Laboratories" şirkəti tərəfindən istifadə olunur.
İyun ayının əvvəlində Rusiyanın Səhiyyə Nazirliyi dərman vasitəsini COVID-19 qarşısının alınması, diaqnostikası və müalicəsi üçün müvəqqəti rəhbərliyə, oktyabrın ortalarında isə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil edib. Eyni zamanda Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskvada Koronavirin, ambulator müşahidədə olan COVID-19 xəstələrinin pulsuz təminatı üzrə proqram həyata keçirilməyə başlanıb.
Artlegia dərmanı haqqında (olokizumab)
29 May 2020-ci il tarixində Rusiyanın Səhiyyə Nazirliyi "R-Pharm" tərəfindən revmatoid artrit xəstəliyin müalicəsi üçün hazırlanmış ilk orijinal yerli biotexnoloji dərman vasitəsi Artlegia (olokizumab) qeydiyyata alındı. Dərman eyni zamanda interleykin-6 (IL-6) birbaşa inhibe edən dünyanın ilk ticari monoklonal antikcismi oldu.
Yaz aylarında Rusiyanın Səhiyyə Nazirliyi dərmanı koronavirus infeksiyasının orta ağır formasının müalicəsi üçün metodik rəhbərliyə daxil edib. COVID-19 zamanı ölümün əsas səbəblərindən biri olan sitokin fırtınalarının qarşısının alınması üçün də tövsyyə olunur. Olokizumab eyni zamanda Rusiya hökumətinin 23 noyabr 2020-ci il tarixli 3073-r nömrəli əmri ilə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil edilib.
Bu gün Artlegia dərmanı Rusiyanın subyektlərinin əksəriyyətində və eyni zamanda xəstəliyin artdığı diğər ölkələrdə də qeydiyyatdan keçirilir. (Report)