Koronavirusun ömürlük fəsadları məlum olub


Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia edirlər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

koronavirusun-omurluk-fesadlari-melum-olub
24.06.2020 22:00 1 dəq oxuma

Bu barədə "The Daily Telegraph" xəbər verir.

Ekspertlərin sözlərinə görə, COVID-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Qeyd edilir ki, koronavirusdan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsqeymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)