Gəncləri və yaşlıları çox olan ölkələr...
Bütün dünyanı təsir altına alan koronavirus yayılmaqda davam edir.
Virusdan ölüm hallarına diqqət etdikdə ən çox bundan yaşlıların, immun sistemi zəif olanların və ağciyər xəstələrinin təsirləndiyi müşahidə edilir. Virusa qarşı dayanıqlı olmaq üçün immunitetin güclü olması böyük əhəmiyyət daşıyır. Ona görə də yaşlıların immun sistemi digərləri ilə müqayisədə zəif olduğu üçün virusa yoluxma halları daha yüksəkdir.
Bəs dünyada nə qədər yaşlı insan var?
TurpKimi.com Türkiyə mediasına istinadla siyahını təqdim edir:
2019-cu ilin statistik göstəricilərinə baxdıqda dünya əhalisinin 7 milyard 604 milyon 656 min 633 nəfərindən 703 milyon 711 min 487 nəfərinin yaşlı insanlar olduğu təxmin edilir. Bu da dünya əhalisinin 9,3 faizi deməkdir.
ƏN AZ YAŞLI ƏHALİSİ OLAN ÖLKƏLƏR
Qətər – əhalisinin 1,1 faizi
BƏƏ – 1,7 faiz
Somali – 2,2 faiz
Zambiya – 2,3 faiz
Anqola – 2,3 faiz
Benin – 2,4 faiz
Uqanda – 2,4 faiz
Çad – 2,4 faiz
Konqo Demokratik Respublikası – 2,5 faiz
Cənubi Sudan – 2,5 faiz
ƏN ÇOX YAŞLI ƏHALİSİ OLAN ÖLKƏLƏR
Estoniya – 20,6 faiz
Portuqaliya – 20,6 faiz
Sloveniya – 20,7 faiz
İtaliya – 21,9 faiz
Finlandiya – 21,9 faiz
Yunanıstan – 22,2 faiz
Almaniya – 22,7 faiz
Yaponiya – 28,8 faiz
Monako – 34,1 faiz
Türkiyə - 9, 1 faiz
Firuzə Alimova / TurpKimi.com