Koronavirusun yayılma mənbəyi Avropadır - Çindən növbəti İDDİA


Virusun ölkəyə dondurulmuş halda idxal olunan qida məhsullarında gəlmiş ola biləcəyi iddia edilib.

koronavirusun-yayilma-menbeyi-avropadir
27.11.2020 11:18 1 dəq oxuma

Koronavirusun ortaya çıxdığı ölkə olaraq bilinən Çində dövlət mediası virusun ölkəyə dondurulmuş qidalar içərisində gətirildiyini iddia edir.

Bu barədə “Euronews” məlumat yayıb.

Çinin dövlət mətbuatında epidemiya izlərinin daha öncə İspaniya və İtaliyada görüldüyünə dair bir sıra elmi araşdırmalar yayılıb.

Çindəki hakim Kommunist Partiyasının mətbu orqanlarından “People’s Daily” qəzetində çıxan bir xəbərdə COVID-19 pandemiyasının Çinin mərkəzindəki Uhan şəhərində başlamadığı, virusun ölkəyə dondurulmuş halda idxal olunan qida məhsullarında gəlmiş ola biləcəyi iddia edilib.

Xəbərdə həmçinin Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin sabiq sədri Szen Quanın da fikirlərinə yer verilib.

“Virus harada və nə zaman yayılmağa başladı? Görünür ki, Uhanda təsbit edilmədən öncə virus dünyanın fərqli bölgələrində mövcud olub”, - o vurğulayıb.

S.Quan virusun məhz Çində ilk dəfə aşkarlanmasının əsl səbəbinin ölkənin SARS ilə mübarizə üçün yaratdığı “epidemiya qabaqlayıcı sistemi”nin uğuru olduğunu söyləyib.

Report.az / TurpKimi.com