Koronavirusun yayılmasının qarşısını alan saqqız hazırlandı


Görünür, hələ çox şey ixtira olunacaq...

koronavirusun-yayilmasinin-qarsisini-alan-saqqiz-hazirlandi
25.11.2021 14:36 1 dəq oxuma

ABŞ alimləri koronavirusun yayılmasının qarşısını alacaq saqqız hazırlayıblar.

TurpKimi.com bildirir ki, saqqızda koronavirus hissəciklərini tutan və tüpürcəkdəki virusun miqdarını məhdudlaşdıra bilən zülal var.

Tədqiqatçılar bildirirlər ki, yoluxmuş insanlar nəfəs alarkən və ya öskürərkən, söhbət edən zaman saqqız COVID-19-un ötürülməsinə mane ola bilər.

Pensilvaniya Universitetinin tədqiqat qrupu nəticədə nümunələrdə virus yükünün 95 faiz azaldığını bildirib.

Qeyd edilir ki, saqqız ənənəvi saqqızlara bənzəyir, normal temperaturda illərlə saxlanıla bilir və çeynəmə ACE2 protein molekullarına zərər vermir.

Mənbə: Molecular Therapy