Yeni ştam - FliRT
“FliRT” adlı koronavirus infeksiyasının yeni ştammı burun tıkanıklığına səbəb ola bilər, lakin xəstələrdə qoxu itkisi müşahidə edilmir.
TurpKimi.com xəbər verir ki, terapevt Polina Şubina “Doktor Piter”ə şərhində bildirib. Onun sözlərinə görə, virusun bu variantına yoluxanlar ən çox boğaz ağrısı, quru öskürək və 38,5 dərəcədən yüksək olmayan temperaturdan şikayət edirlər.
"FliRT" ilə müşahidə edilən daha nadir simptomlara ürəkbulanma, qusma və ishal daxildir. Bəzi xəstələr özlərini zəif hiss edirlər və artan yorğunluqdan əziyyət çəkirlər. Terapevtin sözlərinə görə, yeni ştammın simptomları onu digər viruslardan faktiki olaraq fərqləndirmir. Ancaq xəstəlik yüngül keçərsə, adi mövsümi soyuqdəymə ilə eyni şəkildə müalicə edilə bilər.
“PCR testi “Covid”i təsdiqləsə belə, ağciyərlərin KT müayinəsindən keçirilməsinə və antibiotiklər qəbul etməyə tələsməməlisiniz. Bu cür dərmanları həkim resepti olmadan qəbul edə bilməzsiniz”, - deyə terapevt qeyd edib.
Firuzə Alimova / TURPKİMİ.COM