Ananın hansı hərəkəti uşağı xoşbəxt edir?
Hamiləlik vaxtı bətninizdəki körpənin etdiyiniz hər bir şeydən nə qədər təsirlənidiyini bilirsinizmi? Bəs körpənizin ən çox nələri etməyinizdən zövq aldığını necə?
TurpKimi.com ana olmağa hazırlaşan xanımlar üçün körpələrini sevindirəcək hərəkətləri təqdim edir:
Ürəkdən gülmək
Özünüzü xoşbəxt hiss etdiyiniz zaman hormonlarınız hərəkətə keçir və bu da qarnınızdakı körpəyə müsbət yöndə təsir edir. Bundan başqa, ultrasəs müayinələri zamanı ana ürəkdən gülərkən körpənin də içəridə hərəkət etməyə başladığını müşahidə ediblər.
İlıq duş almaq
Ana bətnindəki körpə xarici mühitin isti-soyuqluğunun fərqində olur. Bu zaman qəbul etdiyiniz ilıq duş onların rahatlanmasına kömək edir. Lakin unutmayın ki, çox isti suda çimmək körpənizi narahat edir.
Qarnınızı oxşamaq
Körpənizin toxunuşları qəbul etməsi 8-ci həftədən inkişaf etməyə başlayır. Bu məqamda atayla birlikdə qarnınızı oxşamaq və eyni anda rahatladıcı musiqilər dinləmək körpənizi xoşbəxt edəcəkdir.
İdman hərəkətləri etmək
Davamlı olaraq idman hərəkətləri etmək körpənizin ürəyinin inkişafı üçün çox vacibdir. Hamiləlik zamanı daha çox gəzmək məsləhət görülsə də, bu mövzuda həkiminizlə məsləhətləşmənizdə fayda var.
Musiqi dinləmək
Musiqi səsi körpənizin qavramasını hərəkətə keçirir və beynin inkişafı üçün əhəmiyyətlidir. Həmçinin gözəl müsiqi dinləyərkən özünüzü xoşbəxt hiss etməniz körpənizi də xoşbəxt edir.
Sizin və sevdiklərinizin SƏSİ
25-26 həftəlik körpə artıq ətrafdan eşitdiyi səslərə reaksiya verə bilir. Ananın səsi ən yaxın səs olduğundan artıq səsinizi digərlərindən ayırmağa başlayır. Həmin məqamda körpənizlə danışa, ona maraqlı bir şeylər oxuya bilərsiniz. Bundan başqa, sevdiklərinizin səsini (xüsusilə də atanın səsi) eşitmək körpənizi xoşbəxt edir.
Dincəlmək
Ana dincəlməyə başladığı vaxtlarda körpəniz qarnınızda hərəkət etməyə başlayacaq. Beləcə yeni hərəkətləri sınaqdan keçirir və daha da inkişaf edir.
Yazılıb: 28.11.2021-ci ildə
Firuzə Alimova / TurpKimi.com